Bu gün Göygölün yaranması günüdür
Bu gün, 30 sentyabr tarixində Azərbaycanın ən dərin gölü olan Göygölün yaranma günüdür.
Ulusum.az məlumat verir ki, 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsuçayın qarşısını kəsib. Nəticədə Göygöl yaranıb. Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir.
Göygöl dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir. Uzunluğu 2800 metr, eni 800 metrdən 1000 metrə qədərdir. Dərinliyi isə 96 metrdir. Gölün görünmə qabiliyyəti 8-10 metrdir.
Qeyd edək ki, Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur.
R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
