Bu gün, 15:45 0 Gündəm

Bakının mərkəzi küçələrə giriş pullu ola bilər

Bakının  mərkəzi küçələrə giriş pullu ola bilər

Məqsəd sıxlığı azaltmaq və ictimai nəqliyyata marağı artırmaqdır


Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirir ki, bu sistemin tətbiqi mümkündür və ilkin mərhələdə şəhər ərazisində monitorinq aparılacaq.

Ödənişli zonalar əsasən nəqliyyat sıxlığının yüksək olduğu mərkəzi ərazilərdə tətbiq oluna bilər. Bu addım şəhər daxilində avtomobil axınını azaltmağı hədəfləyir.

Ekspertin sözlərinə görə, adətən belə zonalara giriş mobil tətbiq, SMS və ya digər ödəniş sistemləri vasitəsilə həyata keçirilir. Nəzarət isə avtomobilin dövlət nömrə nişanı əsasında xüsusi kameralar vasitəsilə aparılır və ödəniş edib-etmədiyi sistemə ötürülür.



Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: