Bu gün, 12:03 0 Cəmiyyət

Gəncədə məktəb qarşısında işıqfor ağacların arasında itib - VİDEO

Gəncədə məktəb qarşısında işıqfor ağacların arasında itib  -  VİDEO

Gəncədə işıqforlarla bağlı təhlükəli vəziyyət yaranıb.


Ulusum.az-ın bölgə bürosunun məlumatına görə, Gəncə şəhərinin Cəfər Cabbarlı küçəsində, M.Füzuli adına 22 nömrəli tam orta məktəbin qarşısında yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə mövcuddur.

Sözügedən ərazidə quraşdırılmış işıqforlar sıx ağac budaqları arasında qaldığından sürücülər və piyadalar tərəfindən demək olar ki, görünmür.

Bu isə həm məktəbin qarşısında hərəkət edən şagirdlər, həm də ümumilikdə yol hərəkəti iştirakçıları üçün ciddi risk yaradır.

Şəhər sakinləri aidiyyəti qurumlardan ağacların budanmasını və işıqforların görünürlüğünün təmin olunmasını tələb edirlər.



R.D
Ulusum.az


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: