Sənə Gəlirəm, Tanrım
Yazar Fuad Cogitabad: Gənc ədəbiyyat nümayəndəsinin redaksiyamıza göndərdiyi şeirləri sizlərə təqdim edirik.
Sənə Gəlirəm, Tanrım
Hələ nələr var bu ürəyimdə,
Açılmamış xəzinələr, gizli yollar,
Daha nələr görəcək gözlərim,
Daha deyilməmiş sözlərim var.
Min il yaşasam boşalmaz içim,
Min il yaşasam bitməz sevgim.
Bəlkə hər əsr “sevgi” sözünü deyən mən idim,
Ayrı-ayrı bədənlərdə gəzən,
Ayrı-ayrı əsrlərdə yaşayan mən idim.
Gerçək olan hansı mən idim?
Dəryada damla idim,
Dağda diyirlənən daş idim,
Bəlkə əlində əsa,
Dənizi yaran Musa idim,
Ya oddan sağ çıxan İbrahim idim.
Kim idimsə –
Sevgi olaraq gəldim,
Bildiyim nə vardısa önümdə sərdim,
Yaxşı olan nə varsa dərdim,
Bar verdim, budağımı əydim.
Bir aciz vücudum var,
Unutdum onu –
Sevərkən unutdum
Nə olacaq sonu.
Dəli oldum, düşdüm çölə,
Amma unutmadım yolu.
Sənə gəlirəm, Tanrım,
Sev bu qulunu –
Sevginin yükü ilə gəlirəm,
Sevginin nəfəsi ilə gəlirəm
Sənə.
Ulusum.az
Sənə Gəlirəm, Tanrım
Hələ nələr var bu ürəyimdə,
Açılmamış xəzinələr, gizli yollar,
Daha nələr görəcək gözlərim,
Daha deyilməmiş sözlərim var.
Min il yaşasam boşalmaz içim,
Min il yaşasam bitməz sevgim.
Bəlkə hər əsr “sevgi” sözünü deyən mən idim,
Ayrı-ayrı bədənlərdə gəzən,
Ayrı-ayrı əsrlərdə yaşayan mən idim.
Gerçək olan hansı mən idim?
Dəryada damla idim,
Dağda diyirlənən daş idim,
Bəlkə əlində əsa,
Dənizi yaran Musa idim,
Ya oddan sağ çıxan İbrahim idim.
Kim idimsə –
Sevgi olaraq gəldim,
Bildiyim nə vardısa önümdə sərdim,
Yaxşı olan nə varsa dərdim,
Bar verdim, budağımı əydim.
Bir aciz vücudum var,
Unutdum onu –
Sevərkən unutdum
Nə olacaq sonu.
Dəli oldum, düşdüm çölə,
Amma unutmadım yolu.
Sənə gəlirəm, Tanrım,
Sev bu qulunu –
Sevginin yükü ilə gəlirəm,
Sevginin nəfəsi ilə gəlirəm
Sənə.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
