Killerdən atasını öldürməsini istədi - Dəhşət
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində bağlı qalmış daha bir xüsusilə ağır cinayətin üstü açılıb.
Ulusum.az bildirir ki, həyata keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2024-cü ilin yanvar ayında Fəqan Fərəcovun İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi, İlkin Hüseynovun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.
Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan iş üzrə toplanmış sübutlar əsasında Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə təqsirkarların hamısı məsuliyyətə cəlb olunması təmin ediləcək.
Bağlı qalmış cinayət işlərinin açılması daim diqqət mərkəzində saxlanılmaqla, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
25-05-2024, 18:50
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
3-05-2024, 11:00
"Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib. ULUSUM.az xəbər
16-05-2024, 10:40
Lənkəranda 2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub. Ulusum.az xəbər verir ki, bu barədə Baş
1-05-2024, 17:25
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 00:49
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Hadisə
Bu gün, 00:47
Şirvanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Cəmiyyət
Dünən, 12:21
Bazar gününün havası açıqlanıb
Cəmiyyət
Dünən, 12:03
Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib
İdman
Dünən, 09:55
Harri Keyn Bundesliqada yeni rekorda imza atıb
Analitika
22-11-2024, 20:15
I Qarabağ müharibəsinin nəticələrinin analitik təhlili
Cəmiyyət
22-11-2024, 20:00
“Akvarel yağışı” təqdim olunub
Analitika
22-11-2024, 18:32
Çin və Amerika Arasında Ticarət Müharibəsi
Cəmiyyət
22-11-2024, 17:39
22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Salyan rayonunda qeyd olunub
Hadisə
22-11-2024, 16:27
ABŞ-ın Londondakı səfirliyində partlayış baş verib
Populyar Xəbərlər
Çin və Amerika Arasında Ticarət Müharibəsi
“Akvarel yağışı” təqdim olunub
22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Salyan rayonunda qeyd olunub
Salyan sakini ölümlə çarpışan yaralı hacıleylək quşunu xilas edib
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib
I Qarabağ müharibəsinin nəticələrinin analitik təhlili