Ceyhun Bayramov Almaniyalı həmkarı ilə danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok arasında telefon danışığı aparılıb.
XİN-dən Ulusum.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunub.
Alma-Ata şəhərində 10-11 may tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş görüş barədə qarşı tərəfə ətraflı məlumat verilib. Ümumilikdə, sülh prosesi çərçivəsində fikir ayrılıqları olan məsələlər nəzərdən keçirilib, danışıqların davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Son zamanlar Azərbaycanla-Ermənistan arasında baş tutan razılaşmalar və etimad quruculuğu tədbirləri, xüsusilə də delimitasiya komissiyaları tərəfindən əldə edilmiş razılığa əsasən Azərbaycana məxsus 4 kəndin geri qaytarılması və sərhəddin bir hissəsinin delimitasiya olunması sülh prosesi çərçivəsində əhəmiyyətli tədbirlər kimi qeyd edilib.
Telefon danışığı zamanı, ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində “Petersberq İqlim Dialoqu” formatında Azərbaycan və Almaniya həmsədrliyi ilə tədbirin əhəmiyyəti vurğulanıb, bundan sonra da iki ölkə arasında COP29 çərçivəsində əməkdaşlığın vacib olduğu qeyd edilib.
Daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 15:30
Yataq otağındakı 3 gizli təhlükə: Mütəxəssislər xəbərdarlıq etdi, dərhal atın
Dünya
Bu gün, 14:00
Çində dövlət qulluqçularına “xarici izolyasiya” başladı
İqtisadiyyat / Dünya
Bu gün, 13:30
BMW altı ayda mənfəətinin üçdə birini itirdi — satışlar da azalıb
Ədəbi sənət / Mədəniyyət
Bu gün, 12:06
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Mətbəx
Bu gün, 11:30
Niyə əti suda əritmək olmaz?
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi