Prokurorluqda 140 milyonluq rüşvət iddiası - FOTO
Rusiya tarixində ən böyük rüşvət işi məhkəməyə göndərilib.
Ulusum.az bildirir ki, Moskvanın Tverskoy rayonu üzrə İstintaq Komitəsinin istintaq idarəsinin keçmiş rəisi, 35 yaşlı ədliyyə mayoru Marat Tambiyev 1 milyon yarım dollardan çox və 2718 bitkoin, yəni 7.3 milyard rubl (təxminən 137 milyon 240 min manat) rüşvət almaqda ittiham olunur. Bundan əlavə, müstəntiqlərin fikrincə, o, daha 1,3 milyon dollarla varlanmağa cəhd edib. O, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
İstintaq Komitəsinin məlumatına görə, ədliyyə mayorunun şəriki keçmiş müstəntiq, baş leytenant, 27 yaşlı Kristina Lyaxovenko olub. O, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət işi üzrə sübutları saxtalaşdırmaqda təqsirli bilinir.
Tambiyev və Lyaxovenkonun işinə Moskva yaxınlığındakı Balaşixa məhkəməsi baxacaq. Əvvəlcə məhkəmənin Moskvada keçiriləcəyi güman edilirdi, lakin Ali Məhkəmə Baş Prokurorluğun tələbi ilə ərazi yurisdiksiyasını dəyişdirərək, Tambiyevin işlədiyi müddətdə paytaxtın məhkəmə sistemində əlaqələr əldə etməsi ilə bağlı arqumentlərlə razılaşıb.
İş materiallarına görə, müstəntiq 2022-ci ilin aprelində “Infraud Organization” haker qrupunun üzvlərindən hakerlərin aktivlərini ələ keçirməyəcəyinə dair vəd qarşılığında rüşvət alıb. Tambievin kompüterində “Pensiya” adlı qovluqda bitkoinlər tapılıb.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
23-05-2024, 17:30
Azərbaycanda 1981-ci il təvəllüdlü Sahil sevgi münasibətində olduğu tanışı Aydanı (adlar şərti verilib – red.) intim
20-05-2024, 15:00
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov,
13-05-2024, 13:39
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib və bəzi birinci instansiya məhkəmələri hakimlərinin
22-04-2024, 18:07
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) yeni hesabatını dərc edib. ULUSUM.az hesabata nəzər yetirərək
30-04-2024, 16:57
Azərbaycanda populyar müğənnilərin toy qiymətləri hər zaman müzakirə mövzusu olub. Son günlər də sosial şəbəkələrdə bu
Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Dünən, 21:03
Xoruldamağın qarşısını necə almaq olar?
Cəmiyyət
Dünən, 16:42
Avstraliyada 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunur
Hadisə
Dünən, 13:33
Macarıstan Ukrayna ilə sərhəd yaxınlığında hava hücumundan müdafiə sistemi quraşdıracaq
Maraqlı
Dünən, 12:14
Qripin qarşısını tez zamanda necə almaq olar?
Cəmiyyət
Dünən, 12:10
İran BMT-nin Baş Assambleyasında ölüm hökmünün dayandırılmasının əleyhinə səs verib
Hadisə
Dünən, 12:09
Palmira şəhəri yaxınlığında İsrailin hava hücumu nəticəsində 10 Suriya əsgəri həlak olub
Cəmiyyət
Dünən, 10:51
Tramp Baydenin ATACMS qərarını nəzərə alaraq Rusiya Federasiyası ilə danışıqlara başlaya bilər
Populyar Xəbərlər
İran XİN: "Culfa ilə Naxçıvan arasında sərnişin daşımaları üçün sərhədin açılması məsəsləsini diqqətdə saxlayırıq"
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib
Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar
Salyan sakini ölümlə çarpışan yaralı hacıleylək quşunu xilas edib
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Baş ağrısını kəsən təbii yollar