Məktəbdə dərslər niyə dayandırıldı? - Açıqlama

Mədəniyyət Nazirliyi Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində dərslərin dayandırılması məsələsinə aydınlıq gətirib.
Ulusum.az xəbər verir ki, nazirlikdən "Qafqazinfo"ya bildirilib ki, iki gün öncə məhkəmə qətnaməsinin icrası ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 150-dək şagirdin təhsil aldığı həmin məktəbdə tədris prosesi pozulub və dərslər keçirilməyib.
Bildirilib ki, Mədəniyyət Nazirliyi musiqi məktəbində tədrisin qısa müddətdə bərpası ilə bağlı müvafiq işləri təmin edəcək.
"Onu da bildirək ki, sahibkarın israrlı tələbi ilə bu qərarın icrasına ən azı cari tədris ilinin sonunadək möhlət vaxtının verilməsi təhsil mühitinin pozulmaması baxımından daha ədalətli alternativ olardı. Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək" - məlumatda qeyd olunur.
Qeyd edək ki, tədris ilinin bitməsinə bir ay qalmış məktəbin otaqları boşaldılıb, bütün musiqi alətləri, stol-stullar, şkaflar çölə atılıb. Buna səbəb isə 2007-ci ildə yan binanın özəlləşdirilməsi, sahibkarın binanın nəzdində olan otaqları məktəbdən almasıdır. Sözügedən binanın sahibinin sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu olduğu iddia edilir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes
Bu gün, 15:00
Yıldız Tilbe-nin makiyaj paylaşımı bəyənilmədi — pərəstişkarları fotoshop etdi
Sağlamlıq
Bu gün, 13:30
Alimlər: tərəvəzlərdəki zeaksantin xərçəng hüceyrələrinə qarşı güclü silahdır
Siyasət
Bu gün, 13:00
Nadir Adilov BMT-nin Komitəsinə sədr müavini seçildi
Cəmiyyət
Bu gün, 12:30
Daha 18 milli standart hazırlanaraq təsdiq edilib
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə