Millimiz Avropa çempionu oldu – 10 MEDALLA

Yunanıstanın Lutraki şəhərində keçirilən U-15 Avropa çempionatına yekun vurulub.
Ulusum.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşib.
Millimiz böyük məşqçi Əbilfət Məmmədov, məşqçilər İlham Vezirovla Sənan Əlimirzəyevin rəhbərliyi altında uğurlu çıxış edib. Yığmamız qitə birinciliyində 10 (1 qızıl, 4 gümüş, 5 bürünc) medal qazanıb. Qurban Məcnunov (41 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Xudayar Kərimov (38 kq), Abdulrəhman Hüseynli (41 kq), Amin Əsgərli (48 kq) və Məhəmməd Orucov (85 kq) ikinci, Ümüd Babayev (38 kq), Hüseyn Vəlizadə (57 kq), Əli Məmmədov (68 kq), Zöhrab Səfərov (75 kq) və Rauf Mütəllimov (85 kq) isə üçüncü yeri tutublar.
Yekunda 156 xal toplayan millimiz 158 xalla komanda hesabında Avropa çempionu olub. Yığmamız 2-ci yeri tutan Ukraynanı 65 xal qabaqlayıb. Ermənistan (92) isə üçüncü olub. Millimiz 2 il əvvəl Xorvatiyada keçirilən analoji yarışda da çempion olmuşdu.
Beləliklə, U-15 Avropa çempionatları tarixində ilk dəfə bir yarışda 2 komandamız (sərbəst və yunan-Roma) çempion olub.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 22:26
ABŞ Ali Məhkəməsindən Tramp Administrasiyasına Dəstək: 500 Min İmmiqrant Hüquqi Statusunu İtirə bilər
Mədəniyyət
Dünən, 18:30
Frida Kalonun "Qırmızı ev"i də muzeyə çevrildi
Maraqlı
Dünən, 17:00
Bej palto, isti baxışlar və zərif jestlər: Makronlar münasibətlərini bərpa etdilərmi?
Dünya
Dünən, 15:30
Alman kanslerindən “strateji gizlətmə” planı
Populyar Xəbərlər
27 may BDU - Karyera Festivalı - Gələcəyinə Doğru Addım At!
Elmira Qədirovadan: “Səs Salan Şokolad Tortu”
Xəzər Universitetində “Career Fair 2025” Networking və Career Development Platforması FOTO / VİDEO
Bakıda söküntü qalmaqalı: Ekskavator yandırıldı, bir nəfər həbs olundu
Əmək bazarına açılan qapı: BDU-da Karyera Festivalı Başladı - FOTO - VİDEO
BDU-da “Open the Door” Karyera Festivalı: Gənclər üçün Yeni Fürsətlər Platforması FOTO VİDEO