Tovuzda “Təmiz hava aylığı” çərçivəsində REYD KEÇİRİLDİ - FOTO - VİDEO YENİLƏNİB Eksklüziv

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı çərçivəsində tədbirlərə başlayıb.
Ulusum.az-ın Qərb Bürosunun məlumatına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Ərazi İdarəsi ilə Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının birgə keçirdikləri reyd zamanı yollarda xüsusi cihazlar vasitəsilə avtomobillərdən çıxan dəm qazının normaya uyğunluğu yoxlanıb.
"Təmiz hava" aylığı tədbirinin keçirilməsində əsas məqsəd, atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.
Reyd zamanı 20-yə yaxın avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunub. Bu avtomobillərin sürücüləri barəsində Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən protokollar tərtib edilərək inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilib.
Ətraf mühitə atılan tullantılarda müəyyən edilən normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Ərazi İdarəsinin əməkdaşı Habil Əhmədov: "Atmosferə normadan artıq dəm qazı atan aftomobillər tərəfimizdən aşkar olunaraq barəsində tədbir görüləcəkdir bir ay ərzində Hazırda Tovuz rayon ərazisində Daxili İşlər Nazirliyinin Dövlət yol polisi idarəsinin əməkdaşları ilə birlikdə Reyd keçiririk Reyd zamanı tərəfimizdən nəqliyyat vasitələri saxlanılır yoxlanılır Atmosfera artıq dəm qazı atan avtomobillər Yol Polisi tərəfindən tədbirlər görülür."
Qeyd edək ki, "Təmiz hava" aylığı iyun ayının 15-dək davam edəcək.
Ulusum.az
Qərb Bürosu.








Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Türk dünyası / Türkiyə
Bu gün, 19:30
65 il sonra - Xoş Gəlmisən Marcus Aurelius - FOTO
Maraqlı
Bu gün, 18:30
Şahzadə Diananın bacısı qızı nişanlandı
İqtisadiyyat / Dünya
Bu gün, 18:00
Apple gözləntiləri üstələdi: iPhone satışları rekorda çatdı, gəlirlər artdı
Mətbəx
Bu gün, 16:30
Qış üçün “Moxito” kompotu – yayın dadı bankada
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu
Melaniya Tramp ictimai tədbirlərdən uzaq düşdü: Ekspertlər tənqid edir