Ukrayna Ordusu GERİ ÇƏKİLDİ

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin şimalında bəzi mövqeləri tərk etməyə məcbur qalıb, bir yaşayış məntəqəsi isə Rusiyanın nəzarətinə keçib.
Ulusum.az xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının “Omeqa” xüsusi təyinatlı ayrı dəstəsinin “Hostri Kartuzı” bölməsi, habelə Ukrayna Müdafiə Nazirliyinə yaxın OSINT-layihə olan “DeepState” teleqram kanalı bildirib.
“Hostri Kartuzı” açıqlayıb ki, Ukrayna hərbçiləri rusiyalıların təzyiqindən bəzi mövqeləri tərk etməli olublar.
“Saat on dörddə strateji önəmə malik Hlıboke yaşayış məntəqəsi uğrunda döyüşlər başlayıb. Rusiyalılar dəstbədəst ölsələr də, yenə də təzyiq göstərirlər və bəzi yerlərdə uğur qazanırlar. Gecə çox çətin olacaq”, – məlumatda diqqətə çatdırılıb.
Eyni zamanda, bölmənin dərc etdiyi videoda da hərbçilərin geri çəkildiyi vurğulanıb:
“Bu gün şiddətli döyüşlər zamanı müdafiəçilərimiz daha bir neçə mövqedən geri çəkilməyə məcbur oldular, bu gün daha bir yaşayış məntəqəsi tamamilə Rusiyanın nəzarətinə keçdi. Saat 20:00-a olan məlumata görə, Hlıboke yaşayış məntəqəsi uğrunda döyüşlər gedir”.
“DeepState” layihəsinə görə, “Hostri Kartuzı” bölməsinin videolarından birində Rusiyanın piyada kolonu Moroxovets kəndindən cənuba doğru irəliləyir.
“DeepState” həmçinin bildirir ki, Vovçansk yaxınlığındakı Ohirtseve kəndinin cənub hissəsində pilotsuz uçuş aparatları qarşı tərəfin texnikasını aşkarlayıb və bu, onların irəlilədiyini göstərir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 16:30
“Pikant” alma acıkası – qış üçün möhtəşəm hazırlıq
Sağlamlıq
Bu gün, 16:00
Şəkər asılılığından necə qurtulmaq olar?
Dünya
Bu gün, 15:30
Polşa Belarusla sərhədini bağladı
Sağlamlıq
Bu gün, 14:30
Ənciri kimlər ehtiyatla yeməlidir?
Mətbəx
Bu gün, 14:06
Vaxt itirmək istəmirsənsə – “Limonılu kapriz” bişir!
Hadisə
Bu gün, 12:30
Güclü külək Naxçıvan və Ağdamda fəsadlar törədib
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı