Məğlubiyyətləri onu "KRAL" etdi...
Hindistanlı K.Padmarajan 238 seçkiyə qatıldığı və hər dəfə məğlub olduğu üçün "Seçkilər kralı" və "Dünyanın ən bədbəxt namizədi" adlandırılıb.
ULUSUM.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, son 30 ildə Hindistanın Tamilnad ştatından olan 65 yaşlı təmirçi K.Padmarajan yüzlərlə seçkidə iştirak edib və qeydiyyat rüsumlarına minlərlə dollar xərcləyib. Seçkilərdə qalib gəlməyə ən yaxın olduğu 2011-ci ildə Mettur şəhərində Baş assambleyada yer almaq üçün mübarizə apardığı və 6273 səs aldığı zaman olub.
Padmarajan son açıqlamalarında onun üçün qələbənin ikinci dərəcəli məqsəd olduğunu bildirib. Onun fikrincə, əsas olan əzmkarlıq və məğlubiyyəti qəbul etmək bacarığıdır. Əvvəlki 238 seçkidə uğursuzluğa düçar olan K Padmarajan məğlubiyyət seriyasını davam etdirmək niyyətindədir.