Boston şəhərində Azərbaycanlı gənclərin diaspor birliyi gücləndirildi
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən görüş, gənclərin birliyini və ictimai fəallığını artırdı.

Massachusetts ştatının Boston şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və dəstəyi ilə gənclər, tələbələr və tələbə təşkilatlarının rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli və dəyərli bir görüş keçirildi.

Tədbirin təşkilində göstərdikləri dəstəyə görə Komitənin sədri cənab Fuad Muradov, habelə Salhat Abbasova, Zaur Salmanov, Aytən Rəhimova və digər təşkilatçılara dərin təşəkkürümüzü bildiririk.

Gənclərə və tələbələrə göstərilən diqqət və qayğı, onların birliyini gücləndirir, ictimai fəallığını artırır və diasporamızın səsinin beynəlxalq arenada daha da yüksəlməsinə töhfə verir.

Midwest Azərbaycan Student Alliance təşkilatının rəhbəri və təsisçisi olaraq, bu tədbirdə iştirak etmək imkanına görə təşkilatçılara təşəkkürümüzü bildiririk.

Bu cür platformalar həm təcrübə, həm də ruh yüksəkliyi baxımından bizim üçün çox önəmlidir.

Rəxşəndə Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
Populyar Xəbərlər
