5-05-2024, 12:03 0 Gündəm / Kriminal

DƏHŞƏT! Arvadına 14 bıçaq zərbəsi VURDU

DƏHŞƏT! Arvadına 14 bıçaq zərbəsi VURDU
Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi vuran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ulusum.az-a verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Arzu Balabəyovanın həyat yoldaşı 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: