EŞŞƏK deyib keçməyin! VİDEO - EKSKLÜZİV

Şəkildə gördüyünüz bu eşşək Türkiyədə "məşhurlaşdı".
“Eşşək nə bilir zər-palan nədir”, "Eşşək nə bilir xurmanın dadını".. Bu və digər ifadələr yaxud insanların təhqir mənasında işlətdikləri "eşşək" bu heyvanı gülünc hədəfinə çevirməklə bərabər, ona qeyri-ciddi münasibət formalaşdıran amillərdir.
Bu günlərdə isə qardaş ölkədə baş verən hadisə göstərdi ki, ulaq heç də ciddiyə alınmayan heyvan deyil.

Ulusum.az saytının xəbərinə görə, Kayseridə sahibsiz uzunqulaq (eşşək) yolu keçmək istəyən 59 yaşlı Eşme D.-ni dişləyib, nəticədə qadın xəsarətlər alıb.
Ətrafdakıların çağırışı ilə əraziyə polis və təcili yardım qrupları cəlb edilib.
Təcili yardım briqadası yaralı qadını dərhal Bünyan Dövlət Xəstəxanasına çatdırıb.
Məlum olub ki, sahibsiz heyvan qadının bədəninin müxtəlif yerlərinə dişi ilə xəsarətlər yetirib. Eşme D. müvafiq müalicə aldıqdan sonra evə buraxılıb.
EŞŞƏYİN CƏZASI...
Dişləmə hadisəsindən sonra ətrafdakı insanlar tərəfindən ağaca bağlanan eşşək polis tərəfindən mühafizə altına alınıb.
Qısa vaxtda onun ağaca bağlanan şəkli sosial mediada yayılıb. Bunu görən Bünyan Bələdiyyəsi və Kayseri Heyvanları Qoruma Dərnəyi (KAYHAKDER) qrupları hərəkətə keçib. Eşşək polis qrupları tərəfindən qoruma altına alınıb.
Kayseri Heyvanları Qoruma Dərnəyinin səlahiyyətliləri heç bir əks təsir olmadığı halda, eşşəklərin hücum etməsinin mümkün olmadığını bildiriblər.
Qeyd edək ki, aparılan yoxlamalar zamanı heyvanın səhhətində hər hansı problem aşkarlanmayıb, vəziyyəti normal qiymətləndirilib.
Bu hadisə onu göstərdi ki, "Eşşək deyib keçməməlisiniz!". Əks halda sizin də aqibətiniz 59 yaşlı qadının aqibəti kimi ola bilər...
"Dünyada heç bir eşşək çox işləməkdən ölməyib", qənaətinə gələn insanlar onun bu davranışını inadkarlıq kimi qiymətləndirirlər.
Görünür, bu hadisə də həmin inadın nəticəsi olub...
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
İqtisadiyyat / Cəmiyyət
Dünən, 19:00
Oktyabrdan bazarlarda vergi nəzarəti gücləndiriləcək Uçota alınmayan obyektlərdə iş qadağan olunur
Cəmiyyət
Dünən, 17:30
Respublika üzrə pensiyaların sentyabrın 23-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Cəmiyyət
Dünən, 17:19
Sabah İmişli və Saatlı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Maraqlı
Dünən, 14:41
Bürclərin bəzi xüsusiyyəti
---
Dünən, 14:15
Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli dəfn edilib
Cəmiyyət / Mədəniyyət
Dünən, 12:25
“Bəxt üzüyü”nün Moşusu teatrla vidalaşdı
Populyar Xəbərlər
Aysun və Ülvidən yeni duet: “Üzgun” – duyğusal ifa dinləyicilərlə görüşdü
Nikol Paşinyan yenidən hakim partiyanın sədri seçilib
Dr. İftixar Qurbanovdan valideynlərə vacib xəbərdarlıq!
İtaliyada 1,1 Milyon İnsan Altsheymer Xəstəliyindən Əziyyət Çəkir
Portağallı Rulet VIDEO
Şəmistan Nəzirli vəfat edib