Diri-diri basdırıldı - 12 saat sonra....

ABŞ-da Vaşinqton ştatından olan kişi həyat yoldaşını döyərək diri-diri basdırmağa cəhd etdiyinə görə məhkum edilib. O, bu hərəkətini narkotikin təsiri ilə əlaqələndirib.
Ulusum.az bildirir ki, 2022-ci ildə 54 yaşlı Çae Kyung An həyat yoldaşı Yeon Ana vəhşicəsinə diri-diri basdırdığı üçün həbs edilib. Kişi onu döyüb və bıçaqlayıb. Daha sonra yapışqan lentlə bağlayaraq, maşına mindirib meşəyə aparıb. Xoşbəxtlikdən meşəyə aparmazdan əvvəl qadın ağıllı saatından istifadə edərək polisə zəng edə bilib. Ər qadını dayaz bir çuxurda basdırıb və oradan uzaqlaşıb. Qadın 12 saat yerin altında sağ qalıb və təkbaşına çölə çıxa bilib.
Qadın və uşaqları hələ də daimi qorxu içində yaşayırlar.
Ahn mart ayında adam öldürməyə cəhddə günahını etiraf edib. Vəkili onun travma sonrası stress pozğunluğundan əziyyət çəkdiyini və davranışına təsir edən həddən artıq narkotik həb qəbul etdiyini bildirib. Təqsirləndirilən şəxs özü əlavə edib ki, hər səhər peşmançılıq hissi ilə oyanır. Hücum zamanı Çae evsiz, dostlarından və ailəsindən təcrid olunmuş vəziyyətdə olub.
Məhkəmə iclasında zərərçəkmiş bildirib ki, o və uşaqları hələ də daim qorxu içində yaşayırlar. O, aldığı ömürlük fiziki və psixoloji travmaya həyat yoldaşının səbəb olduğunu da qeyd edib.
Bu həftə məhkəmə kişini 13 il müddətinə azadlıqdan məhrum edib, həyat yoldaşı və uşaqlarına yaxınlaşmağı qadağan edib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 18:00
CNN: Tramp Zelenskiyə “acı həbi udmağı” tələb edir
Gündəm
Bu gün, 17:42
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
İqtisadiyyat
Bu gün, 17:00
SOCAR və CIMA arasında yeni əməkdaşlıq sazişi
Siyasət
Bu gün, 16:48
İlham Əliyev İsrailin yeni səfirini qəbul edib
Mətbəx
Bu gün, 16:20
Moruq Jelesi – Yayın Şirin Sehrı
Dünya
Bu gün, 16:00
Aclıq, müharibə, ölüm… Sudan faciəsi dərinləşir
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO