Borclunun əmlakı tələbkarın adına necə keçə bilər?

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Ulusum.az saytına verilən xəbərə görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Ali Məhkəmənin müraciəti əsasında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci və 53-cü maddələrinin, Mülki Məcəllənin 139-1.1.2-ci və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 129-cu maddəsinin I və II hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Ali Məhkəmənin və Milli Məclis Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin mütəxəssis mülahizəsini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsinin nəticələrinin rəsmiləşdirilməsi qaydasına dair, habelə əmlak üzərində tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsasın müəyyən edilməsi məqsədilə Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müvafiq tənzimləmənin həyata keçirilməsi Milli Məclisə tövsiyə edilsin.
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və III hissələrinə, 60-cı maddəsinin I hissəsinə, 129-cu maddəsinin I və II hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsi tələbkarın həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini özündə əks etdirən və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməli və həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı bu protokol əsasında aparılmalıdır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 19:00
Mask “flirt edən botlar” üçün mühəndis axtarır – illik 440 min dollar təklif edir
Dünya
Dünən, 18:00
Gürcüstan Aİ-nin təzyiqlərinə boyun əyəcəkmi?
Dünya
Dünən, 15:30
Tramp Bessenti FED rəhbərliyinə namizəd görmür
İdman
Dünən, 14:30
"Neftçi" heyətini gücləndirir
Türkiyə / Mədəniyyət
Dünən, 13:30
Ərdoğan cütlüyü “Ən Uzun Gecə” dastanının ilk nümayişində iştirak etdi
Sağlamlıq
Dünən, 13:00
Arıqladıcı həblərə qarşı Yeni Xəbərdarlıq
Populyar Xəbərlər
Bakıda motosiklet sürücüsünün təhlükəli hərəkəti - VİDEO
Kabaçok — mətbəxin yaşıl incisi: xama ilə bişmiş ləzzət - VİDEO
Süfrənin ulduzu olacaq: Bu kısır reseptinə hamı heyran qalacaq - VİDEO
Milli mətbuatın 150 illiyinə töhfə: BDU və İİTKM-dən “İctimaiyyətlə əlaqələrin əsasları” təqdim edildi
Qərbin silahları Rusiyanın planlarını pozur – Ukrayna sərhəddə üstünlük qazanır
Trump Zohran Mamdanini “kommunist dəli” adlandırdı