Yayda həyət evləri BAHALAŞACAQ, çünki... - EKSKLÜZİV

Yay mövsümündə tikinti niyə bahalaşır?
Azərbaycanda hər sahədə olduğu kimi, tikinti materialları bazarında da sürətli qiymət bahalaşması gedir.
Ötən ilin payızından başlanan bahalaşma son 2 ayda daha da kəskinləşib. Bazar iştirakçıları ilə apardığımız söhbətdən aydın olur ki, son aylarda əsas qiymət artımı taxta və digər ağac materialları, alçipan, gips, boyalarda, üzləyici materiallarda baş verir.
Ulusum.az xəbər verir ki, qiymət artımı tək Bakıda deyil, eyni zamanda bölgələrdə də müşahidə olunur.
Bununla bağlı tikinti mühəndisi Rəşad Hümbətov Ulusum.az saytına açıqlama verib. O, bildirib ki, əsas səbəb yay aylarında təhsil müəssisələrində tətil, eyni zamanda iş yerlərində seyrəkliyin yaranması ilə bağlıdır: “Əksər insanlar təmir-tikinti işlərini yay aylarına saxlayırlar. Buna səbəb məktəb və universitetlərdə yay tətili və hava şəraitinin əlverişli olması ilə bağlıdır.
Havalar isinən kimi insanlar təmir-tikinti işlərinə başlayırlar. Bu da bazarda tikinti məhsullarına tələbatı artırır. Eyni zamanda bu artım tempi bazarda balansın avtomatik pozulmasına səbəb olur. Əsas qiymət artımı buna bağlıdır. İkinci səbəb isə hazırlanan materialların hansı ölkədən gətirilməsi, dünyada baş verən iqtisadi proseslərə bilavasitə bağlıdır.
Nəzərə almaq lazımdır ki, mövsümə görə tələbat tək Azərbaycanda deyil, eyni zamanda digər ölkələrə də aiddir”.
R.Hümbətov qeyd edib ki, bu işdə qiymət deyil, keyfiyyətli məhsullar önəm kəsb etməlidir: “İnsanlar büdcələrinə görə təmir-tikinti işləri aparmağı planlayırlar. Ancaq keyfiyyətli məhsul almaq tövsiyə olunur. Çünki ucuz qiymətə alınan keyfiyyətsiz məhsul tez bir zamanda öz fəsadlarını göstərəcək. Yaxşı olardı ki, insanlar tikinti məhsulları aldıqda mütəxəssislərlə məsləhətləşsinlər”.
Qeyd edək ki, hazırda tikinti materialların qiymətinin bahalaşması həyət evlərinin də bahalaşmasına müəyyən qədər təsir göstərir.
Ağa Dadaşzadə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mədəniyyət
Bu gün, 20:11
Aida Tağızadə vəfat etdi
Hadisə
Bu gün, 20:04
Siyəzəndə zəlzələ oldu
Texnologiya
Bu gün, 18:30
Rusiya öz peyk internetini yaradır
Dünya
Bu gün, 17:30
Trampın xüsusi elçisini “gəzən fəlakət” adlandırdılar
Hadisə / Şou-biznes
Bu gün, 16:55
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verdi
Maraqlı
Bu gün, 16:00
İş görüşməsində uğursuzluğa aparan səhvlər
Populyar Xəbərlər
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib
Marilyn Monroe-nun ölümündə gizli faktlar üzə çıxdı - FOTO