28-04-2025, 15:06 0 Gündəm / Cəmiyyət

DSMF “Pan Finance Awards 2025” beynəlxalq müsabiqəsində iki mükafata layiq görüldü

DSMF “Pan Finance Awards 2025” beynəlxalq müsabiqəsində iki mükafata layiq görüldü
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF), “Pan Finance Awards 2025” beynəlxalq müsabiqəsində “Avrasiya regionu üzrə 2025-ci ilin Pensiya Xidmətləri İnnovatoru” və “Sosial İnklüzivlik və Rəqəmsal Rifah sahəsində Mükəmməllik” mükafatlarına layiq görülüb.

Müsabiqədə DSMF ilə yanaşı, ABŞ, İsveçrə, Braziliya və digər ölkələrin sığorta və investisiya qurumları iştirak edib. “Pan Finance” platforması 150 ölkədən 200 mindən çox izləyici ilə qlobal maliyyə və analitik təhlil təmin edir.

DSMF, 2021-ci ildən indiyədək 66 beynəlxalq mükafat qazanıb, o cümlədən 12-si bu il.

✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: