Sahibə Qafarova Venesuela Parlament nümayəndəsi ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Venesuela Milli Assambleyasının sədrinin müavini, Venesuela-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Amerika Valentina Peres Davila ilə görüşüb.
Görüşdə iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd edilməsi və əlaqələrin daha da dərinləşdirilməsi üçün imkanların olduğu vurğulanıb.
Həmçinin qarşılıqlı səfərlərin və ali səviyyəli görüşlərin əhəmiyyəti qeyd edilib. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə ölkənin irəli sürdüyü təşəbbüslərin Venesuela tərəfindən dəstəkləndiyi bildirilib.
Həmçinin, ölkələr arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək ifadə edilib.
Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin inkişafı barədə məlumat verib. Venesuela nümayəndəsi Parlament Şəbəkəsinin işində fəal iştirak etdiklərini qeyd edib.
Görüşdə qlobal iqlim dəyişiklikləri və inkişaf etməkdə olan ölkələrə təsirləri müzakirə olunub. Qonaq Azərbaycanın COP29 tədbirinə ev sahibliyi ilə bağlı təbriklərini çatdırıb. Görüşdə, həmçinin Azərbaycanın işğaldan azad olunmuş torpaqları və məcburi köçkünlərin qayıdışı barədə də məlumat verilib.
Venesuela Milli Assambleyasının sədr müavini, Venesuela-Azərbaycan Dostluq qrupunun rəhbəri Amerika Perez, həmçinin Bakıda Zəfər parkını ziyarət edib.
Qonaq, parkdakı Zəfər abidəsinin önünə gül dəstələri qoyub və burada Azərbaycan xalqının Vətən müharibəsindəki qəhrəmanlığını əks etdirən Zəfər parkı haqqında ətraflı məlumat alıb. Parkın girişində 44 günlük müharibənin rəmzi olaraq Zəfər tağı inşa edilib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 18:00
CNN: Tramp Zelenskiyə “acı həbi udmağı” tələb edir
Gündəm
Dünən, 17:42
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Siyasət
Dünən, 16:48
İlham Əliyev İsrailin yeni səfirini qəbul edib
Mətbəx
Dünən, 16:20
Moruq Jelesi – Yayın Şirin Sehrı
Populyar Xəbərlər
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO