Dünən, 18:13 0 Elan

ADNSU 345 vakansiya ELAN ETDİ

ADNSU 345 vakansiya ELAN ETDİ
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) elm və təhsildə müasir tələblərə cavab verən, innovativ düşüncəli və yüksək ixtisaslı kadrların pedaqoji və elmi fəaliyyətə cəlb olunması məqsədilə vakant professor-müəllim vəzifələri üzrə müddətli əmək müqaviləsi əsasında işə qəbul elan edir.

Bu barədə “Azərbaycan müəllimi”nə ADNSU-dan məlumat verilib.

Belə ki, müvafiq vakant vəzifələr aşağıdakılardır:

ADNSU 345 vakansiya ELAN ETDİ


Tələblər:

Elmi-pedaqoji və ya istehsalat təcrübəsinə, (müəllim üçün minimum magistr təhsilli) müvafiq elmi ad və dərəcələrə malik olan şəxslər müraciət edə bilər;

Pedaqoji qabiliyyət;

Tədrisin təşkili üzrə bacarıqlar;

Tədris texnologiyalarından istifadə bacarığı;

Akademik səviyyədə tədris dilini (azərbaycan, rus və ya ingilis dili) bilmək;

Yüksək peşə-ixtisas təcrübəsi;

Vəzifənin etik davranış qaydalarına sadiqlik.

Müraciət edən namizədlərdən aşağıdakı sənədlər tələb olunur:

Akademik CV

Diplomların notariat qaydasında təsdiq olunmuş surəti.

Müraciət tarixləri:

16 may 2025-ci il tarixindən 16 iyun 2025-ci il tarixinədək.

Əlaqə telefonu: +994515163042

CV-lərinizi mövzu hissəsinə müraciət etdiyiniz vakansiyanın adını (sahənin adını) qeyd etməklə [email protected] ünvanına göndərməyiniz tələb olunur.

Qeyd edək ki, yalnız müvafiq tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.

✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: