ADNSU-da Qazaxıstanlı magistrlərlə görüş keçirildi 🤝
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) beynəlxalq elmi əməkdaşlıq çərçivəsində mühüm görüş baş tutub.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov universitetdə elmi-tədqiqat təcrübəsi keçən Qazaxıstanın Satbayev adına Milli Elmi-Tədqiqat Universitetinin magistr tələbələri ilə görüşüb. Görüş zamanı R.Əzizov iki universitet arasında mövcud olan sıx dostluq və əməkdaşlıq münasibətlərinə toxunub və bu əlaqələrin davamlı inkişafının önəmini vurğulayıb. O, həmçinin tələbələrin elmi-tədqiqat prosesində iştirakının onların peşəkar inkişafı üçün əhəmiyyətli olacağına ümid etdiyini bildirib.

Qonaq tələbələr isə ADNSU-da yaradılmış şəraitə və səmimi münasibətə görə təşəkkürlərini bildirərək, həm Bakı şəhəri, həm də universitet haqqında yüksək təəssüratlarla ayrıldıqlarını qeyd ediblər.

Görüş xatirə hədiyyəsinin təqdimatı və xatirə şəkli ilə yekunlaşıb.
Qeyd edək ki, bu əməkdaşlıq çərçivəsində Satbayev Universitetinin 19 magistr tələbəsi aprelin 21-dən mayın 5-dək ADNSU-da təcrübə keçəcək. Təcrübə dövründə onlar elmi-tədqiqat fəaliyyətlərinə cəlb olunacaq, laboratoriyalarda araşdırmalar aparacaq və tədris prosesində fəal iştirak edəcəklər.
✍️ "Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Ulusum Tv
Dünən, 20:00
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
Mətbəx
Dünən, 17:30
Resept – Tərəvəzli Mal Əti
Mətbəx
Dünən, 16:55
Quesadilla- Axşam yeməyi
Mətbəx
Dünən, 16:43
Yaradıcı Bacarıqlarınızı Kəşf Edin
Sağlamlıq
Dünən, 16:12
Yuxuda anidən ölüm riski var - FOTO
Mətbəx
Dünən, 15:27
1 Qaşıq Qiymədən Dadlı və Asan Şorba - VİDEO
Sağlamlıq
Dünən, 13:00
Arıqlayarkən meyvə yemək mümkündürmü?
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
Səmərqənd – Registan Meydanı VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO