Bakıda Çingiz Aytmatovun irsinə ithaf edilən kitabın təqdimatı gözlənilir

Bişkekdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək İctimai Fondu tərəfindən Makelek Karmışteqinin “Çingizin müdrikliyi” kitabı nəşr edilib.
Nəşrə müəllifin son onilliklərdə dövri mətbuatda dərc edilən, dünya şöhrətli yazıçı və mütəfəkkir Çingiz Aytmatovun həyat və yaradıcılığından, onun əsərlərində qırğız xalqının şifahi xalq ədəbiyyatının motivlərindən məharətlə istifadə etməsindən bəhs edən publisistik materialları daxil edilib. Müəllif oxucuya yazıçının əsərlərini yenidən gözdən keçirməyi təklif edir, əsas obrazlarını yenidən təhlil edir, ədəbiyyatşünaslar tərəfindən əvvəllər nəzərdən keçirilməyən orijinal tədqiqat variantlarını təqdim edir.
Kitabda yazıçının qardaşı İlgiz Aytmatovun məqaləsində qeyd olunur ki, 2008-ci ildə Bakıda Çingiz Aytmatovun yubiley tədbiri keçirilib. Vurğulanır ki, 2008-ci ilin mart ayında Fondun rəhbəri Nüsrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edib. Bu səfər çərçivəsində Çingiz Aytmatov və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş olub, burada dövlət başçısı yazıçıya “Dostluq” ordenini təqdim edib.
Kitabda, həmçinin Çingiz Aytmatovun bacısı Roza Aytmatovanın qırğız yazıçısının ölkəmizə səfəri haqqında məqaləsi də yer alıb.
Bu nəşr Aytmatovun həyat və yaradıcılığını tədqiq edən alimlər, ədəbiyyatşünaslar, universitet tələbələri, məktəblilər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Bu, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən nəşr olunan 165-ci kitabdır. Qırğız dilindən rus dilinə tərcümə Qırğızıstan Respublikası Milli Yazıçılar Birliyinin üzvü Temirbek Toktoqaziyev tərəfindən edilib. Fond nəşri pulsuz təqdim etmək niyyətindədir.
Qeyd edək ki, Bakıda “Çingizin müdrikliyi” kitabının təqdimatı planlaşdırılır. (azərtac)
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 19:00
Mask “flirt edən botlar” üçün mühəndis axtarır – illik 440 min dollar təklif edir
Dünya
Dünən, 18:00
Gürcüstan Aİ-nin təzyiqlərinə boyun əyəcəkmi?
Dünya
Dünən, 15:30
Tramp Bessenti FED rəhbərliyinə namizəd görmür
İdman
Dünən, 14:30
"Neftçi" heyətini gücləndirir
Türkiyə / Mədəniyyət
Dünən, 13:30
Ərdoğan cütlüyü “Ən Uzun Gecə” dastanının ilk nümayişində iştirak etdi
Sağlamlıq
Dünən, 13:00
Arıqladıcı həblərə qarşı Yeni Xəbərdarlıq
Populyar Xəbərlər
Bakıda motosiklet sürücüsünün təhlükəli hərəkəti - VİDEO
Kabaçok — mətbəxin yaşıl incisi: xama ilə bişmiş ləzzət - VİDEO
Süfrənin ulduzu olacaq: Bu kısır reseptinə hamı heyran qalacaq - VİDEO
Milli mətbuatın 150 illiyinə töhfə: BDU və İİTKM-dən “İctimaiyyətlə əlaqələrin əsasları” təqdim edildi
Qərbin silahları Rusiyanın planlarını pozur – Ukrayna sərhəddə üstünlük qazanır
Trump Zohran Mamdanini “kommunist dəli” adlandırdı