David Linçin şəxsi əşyaları hərracda 4,5 milyon dollara satıldı - FOTO

Məşhur rejissor David Linçin şəxsi əşyaları Julienʼs Auctions hərrac evinin təşkil etdiyi hərracda 4,5 milyon dollardan çox məbləğə satılıb. Hərrac Turner Classic Movies ilə əməkdaşlıq çərçivəsində baş tutub. Bu barədə Rolling Stone nəşri məlumat yayıb.
Hərracda rejissorun bir çox ikonik əşyaları satışa çıxarılıb. Onların arasında Linçin rejissor kreslosu, kult statusu qazanmış “Eraserhead” (Gilə baş) filminin orijinal lent nüsxəsi, “Mulholland Drive” filmindən şəxsi ssenari surəti, evdə istifadə etdiyi qəhvə aparatları və digər şəxsi əşyalar yer alıb.
David Linç “Twin Peaks”, “Mulholland Drive” və “Blue Velvet” kimi filmləri ilə tanınır və müasir kinematoqrafiyada özünəməxsus, mistik və simvolik üslubu ilə seçilir.
Hərraca çıxarılan əşyalar arasında David Linçin rejissor kreslosu ($70,000), 1977-ci ilə aid “Gilə baş” (Eraserhead) filminin 35 mm-lik lent nüsxəsi ($40,000), “Mulholland Drive” filmindən şəxsi ssenari surəti ($98,000), eləcə də rejissorun evdə istifadə etdiyi espresso qəhvə aparatları ($35,000) kimi maraqlı əşyalar yer alıb. Bundan başqa, onun şəxsi kolleksiyasına daxil olan müxtəlif nadir əşyalar da satılıb.

Rolling Stone nəşrinin yazdığına görə, hərracda ən diqqətçəkən lotlardan biri David Linçin tamamlanmamış filmi – “Ronni Raket, yaxud Varoluşun Qəribə Qüvvələrinin Absurd Sirri” adlı layihəsinin ssenari dəstəsi olub. Rejissor bu film üzərində ilk dəfə 1970-ci illərdə işləməyə başlayıb. “Elektrik və al-qırmızı saçlı, üç fut boyunda bir oğlan haqqında” olan bu layihənin ssenarisini Linç dəfələrlə yenidən yazsa da, onun gerçəkləşməsi üçün heç vaxt maliyyə dəstəyi tapa bilməyib.
David Linç 16 yanvar 2024-cü ildə, 78 yaşında vəfat edib. Son illərdə rejissor sağlamlıq problemləri səbəbindən demək olar ki, kino çəkmirdi. 2024-cü ildə Linç özündə uzun illər siqaret çəkməyin nəticəsi olaraq ağciyər emfizemasının aşkarlanmasını açıqlamışdı.
Fevral ayında ABŞ Ssenaristlər Gildiyası (WGA) David Linçi ölümündən sonra ssenari sənətində görkəmli nailiyyətlərinə görə mükafatlandırıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 19:00
Mask “flirt edən botlar” üçün mühəndis axtarır – illik 440 min dollar təklif edir
Dünya
Dünən, 18:00
Gürcüstan Aİ-nin təzyiqlərinə boyun əyəcəkmi?
Dünya
Dünən, 15:30
Tramp Bessenti FED rəhbərliyinə namizəd görmür
İdman
Dünən, 14:30
"Neftçi" heyətini gücləndirir
Türkiyə / Mədəniyyət
Dünən, 13:30
Ərdoğan cütlüyü “Ən Uzun Gecə” dastanının ilk nümayişində iştirak etdi
Sağlamlıq
Dünən, 13:00
Arıqladıcı həblərə qarşı Yeni Xəbərdarlıq
Populyar Xəbərlər
Bakıda motosiklet sürücüsünün təhlükəli hərəkəti - VİDEO
Kabaçok — mətbəxin yaşıl incisi: xama ilə bişmiş ləzzət - VİDEO
Süfrənin ulduzu olacaq: Bu kısır reseptinə hamı heyran qalacaq - VİDEO
Milli mətbuatın 150 illiyinə töhfə: BDU və İİTKM-dən “İctimaiyyətlə əlaqələrin əsasları” təqdim edildi
Qərbin silahları Rusiyanın planlarını pozur – Ukrayna sərhəddə üstünlük qazanır
Trump Zohran Mamdanini “kommunist dəli” adlandırdı