Rusiya və ABŞ Qara dənizə çıxışı müzakirə edirlər

“Ulusum”.az-ın məlumatina görə, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof CBS News-ə verdiyi müsahibədə, Ukraynadakı münaqişənin həlli müzakirələrinin Zaporojye AES-i və Qara dənizə çıxış məsələlərini əhatə etdiyini bildirib.
Rəsminin sözlərinə görə, münaqişə bölgəsində atəşkəsin təmin edilməsi 2 min kilometr uzunluğunda olan sərhəddə hərbi əməliyyatların aparılmaması deməkdir. Bunun üçün döyüş meydanında müxtəlif şərtlər müzakirə edilməlidir. Uitkof bildirib ki, müəyyən bölgələrdə “rusların toplandığı” yerlər var.
"Ukraynaya kifayət qədər elektrik enerjisi təmin edən nüvə reaktoru var. Bununla bağlı nələrsə etmək lazımdır. Limanlara çıxış — Qara dənizlə bağlı mümkün razılaşma,” — deyə o qeyd edib.
Stiv Uitkof əlavə edib ki, münaqişənin çoxlu elementləri olsa da, “heç kim təslim olmur” və bütün maraqlı tərəflər, o cümlədən Avropa ölkələri, vəziyyəti uğurla həll etmək üçün lazım olan hər şeyi etməyə hazırdırlar.
Trampın xüsusi nümayəndəsi, 13 mart tarixində Rusiya prezidenti Vladimir Putinlə olan təmasların “müsbət” olduğunu bildirib. O, ABŞ prezidentinə Moskvaya səfərinin nəticələrini müzakirə etdiyini qeyd edib. Bununla yanaşı, Uitkof, bir sıra Avropa siyasətçilərinin Rusiyanın Ukrayna münaqişəsinin həlli məsələsində qeyri-səmimi olduğu barədə iddialarını təkzib edib. Onun fikrincə, Rusiyanın mövqeyi tamamilə konstruktivdir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 17:30
Ərdoğan Ukrayna üzrə vasitəçilik rolunu vurğuladı
Texnologiya
Bu gün, 16:30
Apple iPhone 8 Plus-u vintaj siyahısına saldı
Dünya
Bu gün, 16:00
Husilər Qırmızı dənizdə İsrail tankerinə hücum etdi
Cəmiyyət
Bu gün, 15:20
Emin Əmrullayev Gədəbəydə vətəndaş qəbulu keçirəcək
Mətbəx
Bu gün, 15:00
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Hadisə
Bu gün, 14:30
Qaraçuxurda hərbi sursat aşkar edilib - VİDEO
Populyar Xəbərlər