Makron Vaşinqton səfərinin nəticələrini Aİ liderlərinə təqdim edəcək

Fransa prezidenti Emmanuel Makron, Vaşinqtona etdiyi səfərin nəticələrini Avropa İttifaqının digər liderlərinə videokonfrans vasitəsilə təqdim edəcək.
“Ulusum”.az xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Antonio Kosta özünün X sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Kritik Avropa Şurası iclasına hazırlıq məqsədilə sabah səhər Avropa Şurası üzvləri ilə videokonfrans təşkil edəcəyəm ki, Emmanuel Makronun Vaşinqtona son səfəri barədə hesabatını dinləyək", - Kosta bildirib.
Fevralın 24-də Makron Ağ Evə səfər edib. Avropa ölkələrinin liderinin ABŞ-a ilk səfəri əsasən Ukrayna münaqişəsinin həlli müzakirələrinə həsr edilib.
Britaniya qəzeti "The Guardian" Fransa liderinin ABŞ-dan Avropa üçün sevindirici xəbərlərlə dönmədiyini vurğulayıb. Jurnalistlər qeyd ediblər ki, Makron ABŞ prezidentinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişə bilməyib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Dünən, 18:41
Röya Ayxanın atası vəfat etdi
Köşə
Dünən, 18:25
Filtrlərin arxasında itən gerçəklik
Mətbəx
Dünən, 18:00
Zoğal Mürəbbəsi — Təbiətin Şirin Sirri
Sağlamlıq
Dünən, 17:34
Hansı qadınlarda insult riski daha yüksəkdir?
Sağlamlıq
Dünən, 17:30
Bağırsaq xərçəngindən necə qorunaq?
İdman
Dünən, 17:24
Aygül Abdullayevaya vəzifə verildi
Populyar Xəbərlər
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Filtrlərin arxasında itən gerçəklik
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri
325 milyonluq superyaxta hərraca çıxarılır — sahibinin kimliyi şübhə doğurur
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO