12-02-2025, 12:30 0 Dünya

İsrail şərtlərə əməl etməsə, HAMAS girovları azad etməyəcək

İsrail şərtlərə əməl etməsə, HAMAS girovları azad etməyəcək
Fələstinin HAMAS hərəkatı ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq bildirib ki, İsrail anklavda atəşkəs razılaşmasının şərtlərinə əməl etməsə, Qəzza zolağında qalan girovları azad etmək niyyətində deyil. “Ulusum”.az-ın məlumatına görə, bu barədə radikal təşkilatın müvafiq bəyanatında "Əl Ərəbiyyə" telekanalı məlumat yayıb.

HAMAS Trampın fevralın 15-də hərəkat girovları azad etməsə, “cəhənnəm söküləcək” sözlərinə cavab olaraq “Təhdidin dili vəziyyəti çətinləşdirir və yersizdir” deyib. "HAMAS Qəzza razılaşmasına sadiqliyini bir daha təsdiqləyir. Qəzza razılaşmasının şərtlərinə riayət etmək girovları azad etməyin yeganə yoludur", - təşkilatın bəyanatında deyilir.

Səidə

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: