Netanyahu gələn həftə Donald Tramp ilə görüşməyi ümid edir

İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşməyi ümid edir.
“Ulusum”.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi ABŞ rəsmilərinə istinadən məlumat verib.
Rəsmilər (...) bildirib ki, danışıqların detallarını ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uytkofun bu həftə İsraildə Netanyahu ilə görüşdə razılaşdırması mümkündür.
Agentlik vurğulayır ki, əgər görüş planlaşdırıldığı vaxt baş tutarsa, Netanyahu ABŞ-da Prezident Tramp ilə görüşən ilk xarici lider olacaq.
ABŞ administrasiyasından bu məlumatla bağlı şərh verilməyib. Netanyahunun mətbuat katibi Omer Dostri sosial şəbəkə X-də bazar ertəsi yazıb ki, İsrail lideri hələlik Ağ Evdən rəsmi dəvət almayıb.
Bununla yanaşı, israilli bir rəsmil sürəyib ki, Netanyahu fevralda Ağ Evə gəlməlidir, amma konkret tarix açıqlanmayıb.
Uytkof bazar ertəsi bildirib ki, çərşənbə günü İsrailə gedəcək və orada İsrail ilə HAMAS arasında atəşkəs sazişinin işlənib-hazırlanmasına davam edəcək. Hazırda atəşkəsin ilk mərhələsi həyata keçirilir.
"Biz bu sazişi düzgün şəkildə icra etməliyik (...) İlk addım atıldı, amma düzgün şəkildə icra edilməzsə, irəliləyiş olmayacaq, yenidən toqquşmalar olacaq, bu da yaxşı deyil. Buna görə buna nəzarət edəcəyik", - deyə Uytkof bildirib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 19:00
İsrail Qəzzada əməliyyatları genişləndirə bilər
Cəmiyyət
Bu gün, 18:20
Bu gecə Bakının bəzi küçələri işıqsız qalacaq
İdman
Bu gün, 18:00
Oveçkin NHL tarixində ən çox qazanan oyunçu oldu
Sağlamlıq
Bu gün, 17:30
"Popkorn" zəhərə çevrildi: Almaniyada satışda olan məhsuldan Kanserojen Maddə Çıxdı
Şou-biznes
Bu gün, 16:30
Hülya Avşar görənlərə “maşallah” dedirtdi
Sağlamlıq
Bu gün, 15:30
Yataq otağındakı 3 gizli təhlükə: Mütəxəssislər xəbərdarlıq etdi, dərhal atın
Dünya
Bu gün, 14:00
Çində dövlət qulluqçularına “xarici izolyasiya” başladı
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi