Bu gün, 18:00 0 İdman

Oveçkin NHL tarixində ən çox qazanan oyunçu oldu

Oveçkin NHL tarixində ən çox qazanan oyunçu oldu
“Vaşinqton” klubunun hücumçusu Aleksandr Oveçkin Milli Xokkey Liqasının (NHL) tarixində ən çox qazanan oyunçu olub. Bu barədə Sport24, Spotrac və DraftKings Sportsbook-un hesablamalarına istinadən məlumat yayıb.

20 il ərzində Oveçkin 161,72 milyon dollar qazanıb. Siyahının ikinci pilləsində “Pittsburq” klubundan Sidni Krosbi yer alır – onun qazancı 155,89 milyon dollar, üçüncü yerdə isə Yevgeni Malkin gəlir – 146,87 milyon dollar.

Oveçkinin “Vaşinqton”la müqaviləsi 2025/26 mövsümünün sonunadək qüvvədədir. O, 2005-ci ildən bu komandanın şərəfini qoruyur və 2017/18 mövsümündə “Vaşinqton”u tarixində ilk dəfə Stenli Kubokunu qazanmağa aparıb.

Bundan əlavə, Oveçkin NHL-in mütəmadi mövsümlərində ən çox qol vuran oyunçusu olub və əfsanəvi Ueyn Qretskinin 894 qolluq “əbədi” rekordunu keçərək 897 qola çatıb.

“Vaşinqton”a keçməzdən əvvəl, 2001–2004-cü illərdə Oveçkin Moskvanın əsas “Dinamo” komandasında çıxış edib. Ondan öncə isə o, “Dinamo”nun məktəbində təhsil alıb və klubun aşağı yaş qruplarında oynayıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: