Mask: Almaniya hökuməti ölkədə söz azadlığını boğur

Amerikalı milyarder İlon Mask, Almaniya hökumətinin ölkədə söz azadlığını boğduğunu düşünür.
“Ulusum”.az xəbər verir ki, o, bu fikri sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının seçkiqabağı tədbirində iştirakçılara bildirib. Biznesmenin sözlərinə görə, ölkədə demokratiya prinsipləri pozulur.
"Hazırkı hökumət çox aqressiv şəkildə söz azadlığını boğur. Əgər söz azadlığını boğsanız, real demokratiya qurmaq çox çətin, hətta mümkünsüz olur, çünki söz azadlığı demokratiyanın əsaslarından biridir", – deyə Mask qeyd edib.
Bundan əlavə, milyarder Almaniya hökumətinin siyasətçiləri tənqid etdikləri və sosial şəbəkələrdə paylaşımlar etdikləri üçün insanları həbs edə biləcəyini düşünür. Onun fikrincə, belə bir yanaşma totalitarizm adlandırıla bilər.
Mask almanlara öz millətləri ilə qürur duymalarını və keçmişə görə günahkarlıq hissindən qurtulmalarını tövsiyə edib. O, həmçinin seçicilərə AfD-yə səs verməyi məsləhət görüb və ölkədəki növbəti erkən seçkilərin vacibliyini vurğulayıb.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Ədəbi sənət / Mədəniyyət
Bu gün, 12:06
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Mətbəx
Bu gün, 11:30
Niyə əti suda əritmək olmaz?
Dünya
Bu gün, 11:00
“Onlar hiyləgərdirlər”: Tramp Rusiyaya qarşı sanksiyaların effektivliyindən şübhələndi
Mətbəx
Bu gün, 10:53
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
Hadisə
Bu gün, 09:23
FHN: Şabranda açıq ərazidə güclü yanğın baş verib
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
“Bananı da yumaq lazımdır!” – Ekspert
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır