Netanyahu İlon Maskı "İsrailin böyük dostu" adlandırıb

"Amerikalı milyarder İlon Mask, ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimində etdiyi hərəkət səbəbilə, nasist salamına bənzər bir jest göstərməkdə ittiham edilib. Bu hərəkət bəzi insanlar tərəfindən nasizm ilə əlaqələndirilərək, Maskın şərəfini ləkələyib. Lakin, Mask və onun tərəfdarları bunun səhv anlaşıldığını və hərəkətin sadəcə qədim Roma salamına bənzədiyini bildirib".
“Ulusum”.az xəbər verir ki, bu barədə İsrailin Başnaziri Benyamin Netanyahu X sosial şəbəkəsində bildirib. Netanyahu, Maskın "İsrailin böyük dostu" olduğunu qeyd edərək, onun daim İsrailin özünü terrorçulardan və onu məhv etməyə çalışan rejimlərdən qoruma hüququnu dəstəklədiyini vurğulayıb.
Netanyahu həmçinin Maskın 2023-cü ilin 7 oktyabrında, HAMAS terrorçularının Holokostdan sonra yəhudi xalqına qarşı ən dəhşətli cinayətini törətdikdən sonra İsrailə gəldiyini xatırladıb.
İlon Mask, nasizm ittihamlarına cavab verərək, tənqidçilərinə "daha yaxşı çirkli hiylələr" düşünməyə çağırıb, çünki "hamı Hitlerdir" şüarının artıq ona yorucu gəldiyini bildirib.
Xatiraladaq ki, Trampın andiçmə mərasimində Mask, Alman nasistləri tərəfindən istifadə edilən Roma salamı ilə bənzər bir jest nümayiş etdirib. Bu hərəkət bir neçə ölkədə, o cümlədən Rusiyada qadağan olunub. Milyarder həmçinin mərasimdə nitq söyləyərkən, ictimaiyyətin qarşısında rəqs edib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
“Bananı da yumaq lazımdır!” – Ekspert
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır