ABŞ Dövlət katibi digər ölkələrə yardımın dayandırılmasını bəyan edib

ABŞ Dövlət katibi Marko Rubio, xarici yardımlar üzrə mövcud olan əksər qrantların xərclənməsini 90 gün müddətinə dayandırmağa göstəriş verib.
“Ulusum”.az xəbər verir ki, bu barədə Politico məlumat verir.
Qəzetin əlində olan müvafiq göstəriş bütün diplomatik və konsulluq nümayəndəliklərinə göndərilib. Sənəddə "demək olar ki, bütün mövcud xarici yardım qrantları üzərində işin dayandırılması" qeyd olunur və bu göstəriş dərhal qüvvəyə minir.
"ABŞ Dövlət Departamentinin məmurlarını şoka salan əmrin, ehtimal ki, Ukraynaya verilən hərbi yardımın maliyyələşməsinə də aid olduğu bildirilir", — yazır nəşr.
Bu qərar, ABŞ prezidenti Donald Trampın digər ölkələrə verilən bütün yardım proqramlarının 90 gün müddətinə müvəqqəti dayandırılmasına dair sərəncama uyğundur. Bu dövr ərzində xarici yardımın ABŞ-ın yeni administrasiyasının siyasi məqsədlərinə uyğunluğunun yoxlanması gözlənilir.
Gözlənilir ki, Dövlət Departamenti 85 gün ərzində hesabat hazırlayacaq və bu hesabat Rubio-nun tövsiyələri ilə birlikdə prezidentə təqdim olunacaq.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Ədəbi sənət / Mədəniyyət
Bu gün, 12:06
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Mətbəx
Bu gün, 11:30
Niyə əti suda əritmək olmaz?
Dünya
Bu gün, 11:00
“Onlar hiyləgərdirlər”: Tramp Rusiyaya qarşı sanksiyaların effektivliyindən şübhələndi
Mətbəx
Bu gün, 10:53
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
Hadisə
Bu gün, 09:23
FHN: Şabranda açıq ərazidə güclü yanğın baş verib
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
“Bananı da yumaq lazımdır!” – Ekspert
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır