NMas: Etirazçılar ABŞ-ın Meksikadakı səfirliyinin qarşısında Trampın kuklasını yandırdıriblar

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın antimiqrasiya təşəbbüslərinə etiraz edən nümayişçilər Meksikadakı ABŞ səfirliyinin yaxınlığında onu təmsil edən kuklanı yandırdılar.
“Ulusum”.az xəbər verir ki, bu barədə NMas telekanalı məlumat yayıb.
Məlumata görə, etirazçılar Meksika paytaxtının əsas küçələrindən biri olan Paseo-de-la-Reforma boyunca yürüş edərək, ABŞ liderinin miqrasiyanı nəzarət altına almaq üçün qəbul etdiyi tədbirlərə qarşı çıxış ediblər. Yürüş ABŞ-ın Meksikadakı səfirliyinin qarşısında başa çatıb. Orada keçirilən mitinqdə ABŞ prezidentini simvolizə edən kukla yandırılıb.
Nümayişçilər insan hüquqlarının müdafiəsi şüarlarını səsləndirərək, diskriminasiya siyasətinin dayandırılmasını tələb ediblər. Onların fikrincə, bu siyasət miqrantlara və Meksika ilə ABŞ arasındakı münasibətlərə mənfi təsir göstərir.
ABŞ Konqresinin mərkəzi zalında inauqurasiya nitqi zamanı Tramp, Meksika ilə sərhəddəki vəziyyətlə əlaqədar fövqəladə vəziyyət rejimi elan edəcəyini və oraya qoşun göndərəcəyini bəyan edib. O, həmçinin, Meksika narkokartellərini xarici terror təşkilatlarının siyahısına daxil etmək niyyətində olduğunu və onlara qarşı güc tətbiq edilməsinin mümkünlüyünü istisna etməyib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
“Bananı da yumaq lazımdır!” – Ekspert
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır