İsrail Prezidenti hərbi kabinetin HAMAS-la bağlı razılaşma qərarını dəstəkləyib

İsrail Prezidenti İsxak Hersoq, hərbi-siyasi kabinetin Qəzza sektorunda atəşkəsin elan edilməsi və HAMAS-ın saxladığı girovların azad edilməsi ilə bağlı razılaşmanı təsdiqləmək qərarını dəstəkləyib və hökuməti sənədi təsdiqləməyə çağırıb.
“Ulusum”.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Ümid edirəm ki, hökumət bu qərarı tez bir zamanda təsdiqləyəcək," – deyə dövlət başçısı bildirib.
16 yanvarda "Al Arabiya" telekanalı xəbər verib ki, İsrail və HAMAS Qəzza sektorunda atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşma imzalayıb. Tərəflər sənədə yekun dəyişikliklər etdikdən sonra razılığa gəliblər.
CNN-in məlumatına görə, razılaşma çərçivəsində HAMAS 2023-cü ilin oktyabrında İsrailə hücum zamanı girov götürülən şəxsləri mərhələli şəkildə azad etməlidir. İlk mərhələdə HAMAS 33 nəfəri geri qaytarmağı planlaşdırır.
17 yanvarda İsrailin hərbi-siyasi kabineti fələstinli hərəkatla imzalanmış razılaşmanı təsdiqləyib. Məlumata görə sənədə əsasən, Qəzza sektorunda atəşkəs 19 yanvardan başlayacaq və 42 gün davam edəcək.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Sabir Rüstəmxanlının Əsərlərində Zamanla Söhbət - FOTO - VİDEO
Ukrayna dronları Rusiya hərbi aerodromlarına hücum edib – “Hörümçək toru” əməliyyatı - VİDEO - FOTO
"Səssizliyin Səsi Olaq" Suverenlik İlində Eşitmə Məhdudiyyətli Uşaqlara Ümid Dolu Bayram
Sabir Rüstəmxanlı ilə 15 Cildlik Əsərlərin Sehrli Dünyasına Səyahət - VİDEO
Mobil tarif və internet qiymətləri mübahisəyə səbəb oldu - VİDEO
Rusiya və Ukrayna nümayəndələri Çırağan sarayında üz-üzə gəlir