Qrenlandiya Dənimarka tərkibində qalmaq və ya ABŞ-a birləşmək istəmədiyini bəyan edib

Qrenlandiyanın baş naziri Mute Egede, Financial Times (FT) nəşrinə verdiyi açıqlamada, adanın gələcəyinə dair mövqeyini sərt şəkildə ifadə edib. O, deyib:
"Biz danimarkalı və ya amerikalı olmaq istəmirik, biz qrenlandiyalı olmaq istəyirik. Status-kvo artıq qəbul edilə bilməz. Bizə başqa bir yol tapmalıyıq."
Egede bildirib ki, Qrenlandiya öz müstəqilliyini qorumağa və gələcəyini özü müəyyən etməyə davam etməlidir. Onun sözlərinə görə, Qrenlandiya, öz ərazisinin idarə edilməsində müstəqil olmalı və xarici ölkələrdən olan təzyiqlərə qarşı möhkəm dayanmalıdır.
Qrenlandiya 1721-ci ildən Dənimarkanın tərkibində olsa da, 2009-cu ildən etibarən müəyyən dərəcədə özünüidarəetmə hüququna malikdir. Lakin Qrenlandiya hələ də Dənimarkanın xarici siyasət və təhlükəsizlik məsələlərindəki nəzarətinə tabedir.
ABŞ-ın Qrenlandiyaya olan maraqları, xüsusilə bölgənin strateji mövqeyi və təbii sərvətləri ilə bağlıdır. 2019-cu ildə Donald Tramp Qrenlandiyanı ABŞ-a satmaq təklifini irəli sürmüş, amma bu təklif Qrenlandiya tərəfindən dərhal rədd edilmişdi.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 19:00
Çində17 yaşlı qız sevgilisini 14 min dollara satdı
Sağlamlıq
Bu gün, 18:00
Qazlı su uşaqlar üçün niyə zərərlidir?
Dünya
Bu gün, 17:00
Tramp Ukrayna münaqişəsinin tezliklə bitməsini istəyir
Sağlamlıq
Bu gün, 16:30
Qlüten: miflər və həqiqətlər
Mətbəx
Bu gün, 15:30
Tüstü qoxulu, qozlu-pendirli əsl yay şedevri!
Mətbəx
Bu gün, 15:00
“Tatar mahnısı” — dadı dillər əzbəri salat resepti
Populyar Xəbərlər
Qışa hazırlıq: Bilənlər bilir…
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib