NYT: Seçkilərdə qələbə qazandıqdan sonra Tramp 200 milyon dollardan çox ianə toplayıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, 2024-cü il prezident seçkilərində qələbə qazandıqdan sonra müxtəlif mənbələrdən 200 milyon dollardan çox ianə alıb. Bu barədə "The New York Times" xəbər verir. Sözügedən vəsait onun kampaniyasının maliyyələşdirilməsi və gələcək siyasi fəaliyyətləri üçün istifadə edilə bilər.
Nəşrin məlumatına görə, toplanan vəsaitlər Trampın inaqurasiya mərasimini təşkil etmək və keçirmək, siyasi tədbirlərin maliyyələşdirilməsi və potensial olaraq prezident kitabxanasının yaradılması üçün istifadə ediləcək.
Trampa dəstək verən donorlar arasında Pfizer, Amazon və OpenAI kimi iri korporasiyalar, həmçinin kriptovalyutalarla əlaqəli şirkətlər də yer alır.
Trampın inaqurasiya təşkilat komitəsi sponsorlardan ən azı 150 milyon dollar alıb və bu məbləğin yaxın həftələrdə daha da artması gözlənilir. Bu, Trampın 2017-ci ildə inaqurasiya üçün 107 milyon dollar topladığı əvvəlki rekordunu əhəmiyyətli dərəcədə üstələyir.
İnaugurasiya xərclərindən əlavə, Tramp tərəfindən yaradılan digər komitələr də donorlar tərəfindən vəsait alır. Bu vəsaitlər, xüsusilə, Trampa sadiq olan siyasətçilərin dəstəklənməsi və onların seçki kampaniyalarının maliyyələşdirilməsi üçün istifadə ediləcək.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 11:19
Azərbaycanda hava kəskin dəyişir
Cəmiyyət
Bu gün, 09:41
Bakının iki rayonunda qaz fasilələrlə veriləcək
Siyasət
Bu gün, 09:30
Tramp məsuliyyəti Moskvaya və Kiyevə yönəltdi
Texnologiya
Dünən, 21:00
SpaceX-in böyük hədəfi: Marsda ilk şəhər
Populyar Xəbərlər
Qışa hazırlıq: Bilənlər bilir…
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib