Ankaradakı ABŞ səfirliyi qanunsuz tikili elan oluna bilər

Türkiyənin Ali Konstitusiya Məhkəməsi ABŞ-a Ankarada səfirlik binası üçün satılmış torpaq sahəsinin qanunsuz əldə edildiyinə qərar verib. Bu barədə Sözcü qəzeti məlumat yayıb.
Söhbət paytaxtın Çukurambar rayonunda yerləşən, sahəsi 37 min kvadratmetr olan ərazidən gedir. ABŞ diplomatik missiyası həmin sahəni 2017-ci ildə 88 milyon dollara alıb, səfirlik binasının inşasına isə əlavə olaraq 580 milyon dollar xərcləyib.
Qəzet yazır ki, torpaq sahəsi əslində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Xalq üçün vəsiyyət etdiyi Meşə təsərrüfatına daxil idi. Bu ərazi daha sonra Qazi Universitetinə təhvil verilmiş, burada Tibb fakültəsinin tikilməsi nəzərdə tutulmuşdu. Lakin dövlət inşaat şirkəti TOKİ həmin sahəni qanunsuz olaraq ABŞ-a satıb.
İddiaçı – Ankaranın Memarlar Palatasının keçmiş rəhbəri Tezcan Candan bildirib:
“İlk instansiya məhkəməsi iddiamızı rədd etmişdi. Biz Ali Məhkəməyə müraciət etdik və 4 ildən sonra haqlı olduğumuzu sübut etdik. Bu, sadəcə hüquqi məsələ deyil, Cümhuriyyət məsələsidir. İndi iş Ankara regional məhkəməsində yenidən baxılacaq. Mən inanıram ki, məhkəmə səfirliyi qanunsuz tikili elan edəcək.”
Növbəti dinləmə 24 sentyabrda keçiriləcək.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 18:00
Şokoladlı-fındıqlı yüngül peçenye – "günahsız zövq"
Cəmiyyət
Bu gün, 15:05
Abituriyentlər və valideynlərə önəmli ÇAĞIRIŞ
Dünya
Bu gün, 15:00
Müharibə ilə bağlı gərginlik – Tramp artıq dözümsüzdür
İdman
Bu gün, 13:00
Futbol tarixinə düşdü – CR7 rekordunu yenilədi
Mədəniyyət
Bu gün, 11:30
Türkiyə səhnəsində Azərbaycan mədəniyyəti
Kriminal
Bu gün, 10:30
Bank kartlarından oğurluq edənlər ələ keçdi
Populyar Xəbərlər
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Marilyn Monroe-nun ölümündə gizli faktlar üzə çıxdı - FOTO
Bakıda liposaksiya qalmaqalı: Gülbadə Abdullayevadan açıqlama - VİDEO
Bu tarixdən etibarən dərmanlar əhaliyə pulsuz çatdırılacaq