Bu gün, 12:30 0 Dünya

Zelenski-Tramp görüşü öncəsi Avropa narahatlığı

Zelenski-Tramp görüşü öncəsi Avropa narahatlığı
Avropa İttifaqı narahatdır ki, Vladimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında keçiriləcək görüşdə fevral ayında yaşanan qalmaqal təkrarlana bilər. Bu barədə The New York Times yazır və bir Avropa diplomatına istinad edir.

“Diplomat bildirib ki, əsas məqsəd fevral ayında baş verən hadisənin təkrarlanmamasını təmin etməkdir. Həmin vaxt Zelenski Trampla Ağ Evdə kameralar qarşısında görüşmüşdü və bu səhnə qalmaqala səbəb olmuşdu”, — məqalədə qeyd olunur.


Məqaləyə görə, ABŞ-ın Avropa müttəfiqləri görüş öncəsi panika içindədir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: