23-07-2025, 14:00 0 Dünya

Tramp Əfqan qaçqınlarının ABŞ-a köçünü dayandırır

Tramp Əfqan qaçqınlarının ABŞ-a köçünü dayandırır
ABŞ Prezidenti Donald Trampın administrasiyası, 250 minə yaxın əfqanı ABŞ-a köçürmək üçün yaradılmış Dövlət Departamenti bölməsini ixtisar edir. Bu barədə The Washington Post məlumat yayıb.

Bu qərar fonunda, əvvəllər ABŞ və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş əfqanlar Talibanın (terrorçu təşkilat kimi tanınıb) qisasından qorxaraq Əfqanıstana deportasiya olunacaqlarından narahatdırlar. Hazırda onlar 2021-ci ildən bəri ABŞ-ın tərəfdaş olduğu 90 ölkədə qaçqın statusunda yaşayır və ABŞ-da yaşamaq və köç etmək üçün müraciətlərinin emalını gözləyirlər. Onların bir hissəsi artıq Taliban tərəfindən qətlə yetirilmiş qohumlarını itirib.

Trampın imzaladığı yeni göstərişlərə əsasən, bu qaçqınların sənədlərinin işlənməsi və ABŞ-a səfərləri üçün maliyyələşmə dayandırılıb. Bununla belə, Tramp yaxın günlərdə BƏƏ-də olan əfqan vətəndaşlarının repatriasiyasının qarşısını alacağına söz verib.

Ulusum.az


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: