23-07-2025, 10:30 0 Dünya

Melaniya Trampın adı Opera səhnəsinə yazılacaq?

Melaniya Trampın adı Opera səhnəsinə yazılacaq?
ABŞ-da Respublikaçılar Partiyası unikal bir təşəbbüslə çıxış edib: Vaşinqtondakı məşhur Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzinin Opera Teatrına keçmiş birinci xanım Melaniya Trampın adının verilməsi təklif olunur.

Təklifin müəllifi Aydaho ştatından olan konqresmen Mayk Simpsondur. O, X sosial şəbəkəsində yazıb:

"Melaniya Trampın incəsənətə olan sevgisini bu yolla təqdir etmək gözəl olar."


NBC-nin məlumatına görə, təşəbbüs artıq 33 səsə qarşı 28 səslə ilkin mərhələdə qəbul olunub və avqustdan sonra Nümayəndələr Palatasının tam tərkibi tərəfindən səsverməyə çıxarılacaq.

Xatırladaq ki, Kennedi Mərkəzindəki bu Opera Teatrı 1971-ci ildə ABŞ-ın 35-ci prezidenti Con Kennedinin xatirəsinə yaradılıb və Luçano Pavarotti, Anna Netrebko kimi dünya səhnələrinin ulduzlarına ev sahibliyi edib.

Qeyd edək ki, 2025-ci ilin fevralında Donald Tramp özü də Kennedi Mərkəzinin İdarə Heyətinin sədri olub.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: