Dünən, 12:00 0 Dünya

İsrail Yəmənə zərbələr endirəcəyini AÇIQLADI – “İranı necə vurduqsa…”

İsrail Yəmənə zərbələr endirəcəyini AÇIQLADI – “İranı necə vurduqsa…”
İsrail Yəmənə zərbələr endirməyi planlaşdırır. Bu barədə yəhudi dövlətinin müdafiə naziri İsrael Kats X sosial şəbəkəsində bildirib.

Tehranda ilanın başını vurandan sonra Yəməndə də ilanın quyruğunu vuracağıq”, - o yazıb.

Katz söz verib ki, İsrailə əl qaldıran hər kəs bu əlini itirəcək.

Onun sözlərinə görə, İsrail ordusu İrana etdiyi kimi Yəmənə də edəcək.

Bu gün İsrail hərbçiləri Yəməndən yəhudi dövləti istiqamətində raket buraxılışını qeydə alıb. İsrailin bir sıra bölgələrində xəbərdarlıq sirenləri səslənib. Ölkənin Hərbi Hava Qüvvələri Yəmən raketini ələ keçirib.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: