Çox danışılacaq "hücum" iddiası”: İsrail 8 ay gizli hazırlandı

Axios saytının xəbərinə görə, gecə saatlarında başlayan hücumların, oktyabr ayında İranın İsrailə qarşı həyata keçirdiyi hücumdan sonra Tel-Əvivdə hazırlanan “qisas planları”nın bir hissəsi olduğu bildirilir.
Xəbərdə qeyd olunur ki, İsrail Baş naziri Benyamin Netanyahu İranın sürətlə artan raket qabiliyyətini və nüvə silahı istehsal etmək potensialını ölkəsi üçün “mövcudluğa təhdid” kimi görür. İsrail ordusunun əldə etdiyi kəşfiyyat məlumatları İranın nüvə silahı istehsalı prosesində son mərhələyə yaxınlaşa biləcəyini göstərdiyi üçün əməliyyat qaçılmaz olub.
Xəbərdə həmçinin bildirilir ki, Netanyahu ABŞ Prezidenti Donald Trampa hər hansı hücumun ABŞ-ın razılığı olmadan həyata keçirilməyəcəyi ilə bağlı zəmanət versə də, Ağ Ev İsrailə belə bir halda təkbaşına hərəkət etməsi lazım olduğunu bildirib.
İsrailli rəsmilər isə 8 ay əvvəl planlaşdırılmağa başlanan bu hücumların Vaşinqtonla koordinasiyalı şəkildə aparıldığını iddia edir. Axios-a danışan iki israilli rəsmi, Tramp administrasiyasının ictimaiyyət qarşısında hücuma qarşı çıxsa da, özəl olaraq razılıq verdiyini və İsrailin “açıq yaşıl işıq” aldığını irəli sürüblər.
Xəbərdə qeyd olunur ki, bu strategiya, İran daxilində hədəf şəxslərin yer dəyişdirməsinin qarşısını almaq üçün tətbiq olunub.
ABŞ tərəfi bu iddiaları təsdiqləməyib. Həm hücumdan əvvəl, həm də sonra verdiyi açıqlamalarda Vaşinqton, bunun “tək tərəfli” bir hərəkət olduğunu vurğulayıb.
İSRAİL, İRANDA BİR ÇOX ŞƏHƏRƏ HÜCUM ETDİ
İsrail, sübh saatlarında İranın paytaxtı Tehran, Təbriz, İsfahandakı Natanz nüvə obyekti, eləcə də Lorestan, Kirmanşah, Şiraz, Xuzistan, Həmədan və Qum şəhərlərinə hücumlar həyata keçirib.
Natanzdakı nüvə obyektində sızma olmadığı bildirilib.
Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General-polkovnik Məhəmməd Baqiri, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı General-polkovnik Hüseyn Səlami, Hatemül-Ənbiya Baş Qərargah Komandanı Qulaməli Rəşid, Hava və Kosmik Qüvvələrin Komandanı Briqada generalı Əmir Əli Hacızadə də daxil olmaqla yüksək rütbəli hərbi şəxslər və 6 nüvə alimi həyatını itirib.
İsrailin Tehrandakı hücumlarında yaşayış məntəqələri də vurulub və aralarında qadınlar və uşaqların da olduğu çox sayda mülki vətəndaşın öldüyü bildirilib.
İsrail Baş naziri Benyamin Netanyahu, İranın vurulduğunu bəyan edərək “təhlükə aradan qalxana qədər” hücumların davam edəcəyini söyləyib.
İsrailin Müdafiə naziri Yisrael Katz ölkədə fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.
İsrail ordusu əməliyyatlara 200-dən çox döyüş təyyarəsinin qatıldığını, eyni zamanda pilotsuz uçuş aparatlarının da istifadə edildiyini bildirib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Dünən, 21:00
“İkinci Dəri": Hər Qadının Güclü Alter-Egosu
Maraqlı
Dünən, 20:00
Kraliça Kamilla indi detektiv roman qəhrəmanı
Dünya
Dünən, 19:57
İran hədələdi: Hörmüz boğazı bağlana bilər!
Şou-biznes / Türkiyə
Dünən, 19:30
Məhkəmə qərarı şok etdi: Ozan Güvenə 15 ay həbs!
Maraqlı
Dünən, 17:00
Dünyanı dəyişən insan – İnfluenser kimdir?
Populyar Xəbərlər
Müğənni Şimal xərçəngdən vəfat etdi – Ərindən ürək parçalayan sözlər
Britaniya polisi kral III Çarlzın mühafizəçilərinə yönəlmiş terror hücumunu önləyib
“Qayıdın, Qəzzaya çatmayacaqsınız!” – İsraildən Tunberqə sərt mesaj - FOTO
Macar baş nazirdən Avropaya mesaj: "Öz maraqlarınızı düşünün, Putini yox!"
Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - VİDEO
Hindistanda DƏHŞƏT: Təyyarə yaşayış məhəlləsinə düşdü – 240-dan çox sərnişin var idi - VİDEO