Dünən, 17:29 0 Dünya

Los-Ancelesdə kütləvi etirazlar: Nə Baş Verir? - FOTO

Los-Ancelesdə kütləvi etirazlar: Nə Baş Verir? - FOTO
Kaliforniyada ABŞ Prezidenti Donald Trampın immiqrasiya siyasətinə qarşı üç gündür kütləvi etirazlar davam edir. Bu etirazlar, immiqrasiya xidməti (ICE) əməkdaşlarının antimmiqrant reydləri zamanı onlarla şəxsi saxlamasından sonra başladı.

Bazar ertəsi gecəsi Los-Ancelesdə reydlərdən sonra baş verən kütləvi iğtişaşlar sakitləşməyə başladı. Lakin həftə sonu boyunca şəhərdə polis ilə toqquşmalar davam etdi, yanğınlar, qarətçilik və həbs hallarına rast gəlinirdi. ABŞ Prezidenti Donald Tramp şəhərə 2 min Milli Qvardiya hərbçisini göndərdi, bu isə siyasi qalmaqala səbəb oldu, - “BBC Rus Xidməti” xəbər verir.

Sonradan ABŞ federal hakimiyyəti Los-Ancelesdə yerləşdirilən milli qvardiya sayını iki dəfə artıraraq 4 minə çatdırmağa qərar verdi. Bu barədə Kaliforniya qubernatoru Qəvin Nyusom 9 iyun bazar ertəsi sosial şəbəkə X-də məlumat verdi.

Milli Qvardiyanın yeni bölmələrinə əlavə olaraq, Kaliforniyada yerləşən "Kemp-Pendlton" bazasından 700 dəniz piyadası da Los-Ancelesə göndəriləcək. ABŞ prezident administrasiyası bu qərarı “federal əməkdaşlar və binalar üçün artan təhdidlər”lə əsaslandırır, AFP yazır.

ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdə davam edən etirazlara münasibət bildirərkən iğtişaşların yaranmasında "peşəkar təşviqatçılar və üsyançılar"ı ittiham edib. O, federal hakimiyyətə tabe olan, yerli hakimiyyətə tabe olmayan daha çox hüquq-mühafizə orqanı əməkdaşını Kaliforniyaya göndərmək hədəsi verib. Tramp, öz sosial şəbəkəsi Truth Social-da yerləşdirdiyi mesajda əsgərlərə “hörmətsizlik edən” nümayişçilərə qarşı zorakılıqla hədələyib.

Qubernator Nyusom isə Trampın dəniz piyadalarını etirazların yatırılması üçün göndərmək qərarını “antiamerikan” adlandırıb və prezidentə qarşı məhkəmə iddiası qaldıracağını bildirib.

Nyusomun məhkəmə iddiası ilə bağlı açıqlamalarından sonra Tramp Kaliforniya qubernatorunun həbs edilə biləcəyini söyləyib. Prezident bu fikrini Nyusomun ABŞ-ın federal mərkəzə tabe olan İmmiqrasiya və Gömrük Xidməti (ICE) işinə mane olması ilə əsaslandırır.

Kütləvi informasiya vasitələri Kaliforniya şəhərlərinin küçələrində baş verənləri əks etdirən fotoları yayımlayır.

Los-Ancelesdə kütləvi etirazlar: Nə Baş Verir? - FOTO













Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: