Almaniyada Müharibə Təlaşi: Sığınacaqlar Yenilənir, Xalq Hazırlığa Çağırılır

İki dünya müharibəsinin mərkəzində yer alan və İkinci Dünya Müharibəsindən dağıntı ilə çıxan Almaniyanı indi Rusiya qorxusu bürüyüb. Rusiya ilə Ukrayna arasında atəşkəs və sülh danışıqları gözlənilən nəticəni vermədiyi bir vaxtda, Ukraynanın dronlarla son hücumunun ardından Rusiya Prezidenti Vladimir Putinin cavab verəcəyinə dair açıqlaması Almaniyanı hərəkətə keçirib.
Bomba keçirməyən sığınacaqlar üçün planlar hazırlanır
Almaniya hökumətinin ən yüksək mülki müdafiə və fövqəladə hallar üzrə rəsmisi – Almaniya Federal Mülki Müdafiə və Fəlakət Yardımı Agentliyinin rəhbəri Ralf Tisler ölkənin qarşıdakı mümkün qarşıdurmaya hazır olmadığını və Soyuq Müharibə dövründən qalma sığınacaqların təcili olaraq yenilənməli olduğunu deyib.
Rusiya təhlükəsinə qarşı hazırlıqlar 4 ilə tamamlanmalıdır
Tisler, Almaniyanın bomba keçirməyən sığınacaq və bunkerlər şəbəkəsini genişləndirmək üçün sürətli planlar hazırladığını bildirib. O, dövlətin növbəti 4 il ərzində Rusiyadan gələ biləcək mümkün hücumlara qarşı hazır vəziyyətə gəlməli olduğunu vurğulayıb.
“Böyük bir müharibə riskindən narahatıq”
Tisler Almaniyanın hazırkı vəziyyətdə müharibəyə hazır olmadığını bildirib:
“Uzun illər Almaniyada müharibənin mümkünsüz olduğu düşünülürdü. Bu, dəyişdi. Avropada böyük bir işğal müharibəsi riskindən ciddi narahatlıq duyuruq.”
Sığınacaq planları: Tunellər, metro stansiyaları, qarajlar…
Tisler tunelləri, metro stansiyalarını, yeraltı qarajları, parkinqləri və ictimai binaların zirzəmilərini 1 milyon nəfərlik qoruyucu sığınacaqlara çevirmək üçün ümummilli səfərbərlik çağırışı edib. Bu yay sonuna qədər geniş bir plan təqdim ediləcəyi gözlənilir.
Tisler bildirib ki, bu cür sığınacaqların planlanması və inşası uzun zaman və böyük maliyyət tələb edir.
Hazırda Almaniyada təxminən 2000 sığınacaq var, lakin onlardan yalnız 580-i işlək vəziyyətdədir və çoxu milyonlarla avroluq yeniləməyə ehtiyac duyur. Bu sığınacaqlar cəmi təxminən 480 min nəfərlik yer təklif edə bilər.
Əhalini məlumatlandırmaq üçün tədbirlər artırılacaq
Tisler həmçinin qeyd edib ki, insanlar haraya sığınacaqlarını bilməlidirlər. Mobil tətbiqlər, yol işarələri və xəbərdarlıq siqnallarının gücləndirilməsi planlaşdırılır. Hazırkı xəbərdarlıq sistemlərinin də haker hücumlarına qarşı daha güclü qorunması lazım gələcək.
Milyardlarla avroluq büdcə ehtiyacı
Tislerə görə, gələcək 4 il üçün mülki müdafiə ehtiyaclarını qarşılamaq üçün ən azı 10 milyard avro, önümüzdəki 10 il üçün isə ən azı 30 milyard avro tələb olunur.
Vətəndaşlara çağırış: Evdə 10 günlük ehtiyat saxlayın
O, həmçinin məcburi və ya könüllü mülki müdafiə xidməti qurulmasına çağırıb və əhalini elektrik və su çatışmazlığı halında ehtiyat ərzaq və ləvazimat saxlamağa dəvət edib:
“Çağırışımız budur: Əgər mümkündürsə, sizə 10 gün kifayət edəcək qədər ehtiyat yığın.”
Rusiya ilə müharibə genişlənə bilərmi?
Rusiyanın Ukraynaya qarşı davam edən işğalı, xüsusilə Baltikyanı ölkələr, Polşa və Almaniyada, Moskvanın Avropada yeni cəbhələr aça biləcəyi qorxusunu artırıb.
The Guardian qəzetinin xəbərinə görə, Rusiya qüvvələri dünən gecə Xarkov şəhərinə raket və bomba hücumları təşkil edib. Hücum nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb. Şəhər meri İhor Terechov bildirib ki, bu hücum, “tammiqyaslı müharibə başladıqdan bəri şəhərin yaşadığı ən ağır hücumdur.”
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 13:58
FHN Sabunçu bazarında yanğın: 200 m² sahə zərər gördü
Şou-biznes
Bu gün, 13:30
Meryem Üzerli və Kaan Urgancıoğlu ilə “Antalya Gambit”də Romantika və Macəra - FOTO - VİDEO
Mədəniyyət
Bu gün, 13:30
Səsi ilə hər kəsin qəlbini fəth etdi – 11 yaşlı Raulun musiqi sevgisi - VİDEO
Dünya
Bu gün, 13:00
Musk, Trump ilə bağlı Epstein mesajını sildi
İqtisadiyyat / Cəmiyyət
Bu gün, 12:52
Qara siyahı kredit almaqda risk amili sayılır
Dünya
Bu gün, 11:37
Tik-toker hava limanında saxlanılıb və ölkəni tərk edib
Populyar Xəbərlər
Ukrayna dronları Rusiya hərbi aerodromlarına hücum edib – “Hörümçək toru” əməliyyatı - VİDEO - FOTO
"Səssizliyin Səsi Olaq" Suverenlik İlində Eşitmə Məhdudiyyətli Uşaqlara Ümid Dolu Bayram
Sabir Rüstəmxanlı ilə 15 Cildlik Əsərlərin Sehrli Dünyasına Səyahət - VİDEO
Mobil tarif və internet qiymətləri mübahisəyə səbəb oldu - VİDEO
Rusiya və Ukrayna nümayəndələri Çırağan sarayında üz-üzə gəlir
Baydenin xəbəri varmı? Prezidentin adından sənədləri kimlər təsdiqləyib?