Baydendən sərt reaksiya: “Qərarları özüm verdim, autopen söhbəti cəfəngiyyatdır!”

ABŞ-ın sabiq prezidenti Co Bayden, administrasiyası dövründə sənədlərin imzalanması zamanı onun avtomatik imza qələminin (autopen) istifadəsinə dair əməkdaşları ilə əlbir olmaq şübhələrini “absurd” adlandırıb. Bu barədə CBS News telekanalı məlumat yayıb.
Bayden bildirib:
“Aydınlıq gətirmək istəyirəm – prezidentliyim dövründə əfv, fərmanlar, qanunvericilik və bəyanatlarla bağlı qərarları şəxsən özüm qəbul etmişəm. Bu qərarları başqasının verdiyini iddia etmək həm yalandır, həm də absurddur.”
Bundan bir neçə saat əvvəl ABŞ prezidenti Donald Tramp Baydenin imzaladığı sənədlərdə avtomatik imza qələminin istifadəsinin araşdırılması üçün göstəriş verib. Ağ Evdən verilən açıqlamaya görə, araşdırma zamanı hansı sənədlərin Baydenin əvəzinə avtomatik imza ilə təsdiqləndiyi müəyyən olunacaq.
Araşdırmanın başlanmasına səbəb Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsinin sədri, respublikaçı Ceyms Komerin açıqlaması olub. O bildirib ki, Bayden administrasiyası dövründə dörd əməkdaşın prezidentin əvəzinə autopen istifadə etdiyi müəyyən edilib. Konqres məsələ ilə bağlı məsul şəxslərdən izahat gözləyir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:45
Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi
Dünya
Dünən, 19:55
Qətərə zərbə sonrası Türkiyədən sərt bəyanat
Dünya
Dünən, 19:39
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə