29-05-2025, 09:00 0 Dünya

Umerovdan Kremlə çağırış: “Dörd gününüz qalıb – boş görüş istəmirik”

Umerovdan Kremlə çağırış: “Dörd gününüz qalıb – boş görüş istəmirik”
Ukraynanın Müdafiə naziri Rustem Umerov bəyan edib ki, Kiyev öz rəsmi mövqeyini əks etdirən memorandum sənədini Rusiya nümayəndə heyətinə təqdim edib. O vurğulayıb ki, Ukrayna tam və qeyd-şərtsiz atəşkəsə və növbəti diplomatik danışıqlara hazır olduğunu təsdiqləyir.

“Biz ruslarla görüşə qarşı deyilik, amma istəyirik ki, bu görüş boş keçməsin və müharibənin sona çatmasına real töhfə versin. Bunun üçün Moskvanın öz memorandumu ilə çıxış etməsi vacibdir. Onların sənədi təqdim etmək üçün uçuşa qədər hələ azı dörd günü var,” – deyə Umerov bildirib.

Ukraynanın xarici işlər naziri Andrey Sibiga da Rusiyanı ləngimədən addım atmağa çağırıb:

“Niyə bazar ertəsini gözləməliyik? Əgər memorandum hazırdırsa, onu dərhal təqdim edə bilərlər.” O əlavə edib ki, Kiyev Moskvadan daha əvvəl razılaşdırılmış formada konkret təkliflər gözləyir:

“Yalnız yaxşı hazırlanmış görüş real nəticələr verə bilər.”

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: