Vatikan sülh gətirə bilərmi? Rusiya və Ukrayna yeni danışıqlara hazırlaşır

İyunun ortalarında Vatikan şəhərində Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə ikinci danışıqlar raundu keçirilə bilər. Bu barədə ABŞ-ın The Wall Street Journal qəzeti mənbələrə istinadla məlumat verib.
Qəzetin məlumatına görə, danışıqlarda ABŞ dövlət katibi Marko Rubionun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etməyi planlaşdırır. Qrupun tərkibinə həmçinin prezidentin Rusiya və Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kellog daxil olacaq.
Birinci danışıqlar raundu 16 mayda İstanbulda keçirilib və 2022-ci ildən bəri nümayəndə heyətlərinin ilk üz-üzə görüşü olub. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Moskva müzakirələrin nəticələrindən “razıdır”.
Sky News mənbəsinə görə, Moskvanın atəşkəs üçün tələblərindən biri Ukrayna qoşunlarının Rusiya ərazisindən çıxarılmasıdır. Ukrayna nümayəndə heyəti dövlət liderlərinin birbaşa danışıqlarını tələb edib, Rusiya tərəfi isə bu tələbı “qəbul edib”.
Tərəflər həmçinin 1000-ə 1000 əsir mübadiləsi həyata keçirmək barədə razılığa gəliblər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 20:00
İlon Mask Pentaqonda – ABŞ ordusu süni intellekt və raket qalxanı planlarını açıqlayır
Texnologiya
Bu gün, 19:00
Telefonunuz dinlənilir? – Ekspertdən xəbərdarlıq
Maraqlı
Bu gün, 17:00
Melania Trump önəmli qanunu imzaladı - FOTO
Hadisə
Bu gün, 16:00
FHN: Mingəçevirdə evdə partlayış olub - VİDEO
İdman
Bu gün, 15:30
UEFA Avropa Liqasının qalibi müəyyənləşdi
Hadisə
Bu gün, 14:00
Zibilləri yandıran qadın 9 bağ evinə ziyan vurdu
Populyar Xəbərlər
Gənc Lider Eltac Sadıqovanın Beynəlxalq Arenadakı Uğur Yolu - VİDEO
Boksçularımız “Heydər Əliyev Kuboku-2025”də parlaq nəticələr göstərdi
Bakı Qlobal Dəb Səhnəsində – MBFW Azerbaijan İşıqları Yandırdı! - FOTO
Azərbaycan muğamı Mərakeş səmasında səsləndi: FOTO - VİDEO
GlobE Şəbəkəsinin Altıncı Plenar İclası
Tekirdağda Görməli Yerlər: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Unudulmaz Səyahət FOTO/VİDEO