Gənc Lider Eltac Sadıqovanın Beynəlxalq Arenadakı Uğur Yolu - VİDEO

2000-ci il iyulun 23-də Sumqayıtda anadan olan Eltac Sadıqov erkən yaşlarından intellekti və geniş maraq dairəsi ilə seçilirdi. Orta təhsilini Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyada müvəffəqiyyətlə başa vuran Eltac, sonradan Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə İdarəetməsi ixtisasına qəbul olunmuşdur.

Burada o, yalnız akademik sahədə deyil, ictimai fəaliyyətlərdə də fəallığı ilə fərqləndi. BMT modelləri, beynəlxalq forumlar və elmi simpoziumlarda uğurla iştirak etdi. Akademiyanı fərqlənmə diplomu ilə bitirən Eltac, dövlət qulluğuna qəbul imtahanlarını da yüksək nəticə ilə başa vuraraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində fəaliyyətə başladı.

Lakin bu, onun üçün son dayanacaq olmadı. Strateji düşünmə və liderlik bacarıqlarını daha da inkişaf etdirmək məqsədilə o, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi dövlət proqramı çərçivəsində ABŞ-da magistr təhsili almağa qərar verdi.

Eltac: Düzünü desəm, bu yol məni yalnız peşəkar deyil, həm də şəxsi inkişafım baxımından dərin şəkildə formalaşdırdı. Beynəlxalq müstəvidə biliklərimi genişləndirməklə yanaşı, fərdi inkişafı ön planda tutaraq müxtəlif sosial və mədəni layihələrdə fəal iştirak edirəm.

Məsələn, qatıldığım ‘Threads of Belonging’ adlı beynəlxalq forumu bu baxımdan xüsusilə vurğulaya bilərəm. Belə tədbirlərdə iştirak insanın həm özünəinamını, həm də özgüvənini artırır. Eyni zamanda anlayırsan ki, davamlı inkişaf yalnız qarşılıqlı əməkdaşlıq və qarşılıqlı anlayış əsasında mümkündür.

Müxtəlif mədəniyyətlərin bir araya gəlməsi və inklüzivlik, yəni fərqliliklərin qəbul olunması və onların dəyərinin tanınması, insanlar arasında fikir mübadiləsini təşviq edir. Bu cür qarşılıqlı ünsiyyət fərqli xalqlardan olan insanlarla daha dərindən dialoq qurmağa və onları daha yaxşı anlamağa imkan verir. Nəticədə, bu proses insanlarda anlayışlı yanaşma bacarığını və ən vacib insani keyfiyyətlərdən biri olan empati hissini formalaşdırır.
Bundan əlavə, Eltacın təşəbbüsü ilə həyata keçirilən "Mədəniyyətlərarası körpü: "Azərbaycandan Amerikaya" adlı tədbir xüsusi əhəmiyyət daşıyır. O, bu layihədə həm təşkilatçı, həm də çıxışçı qismində çıxış edərək Azərbaycan mədəniyyətini ABŞ auditoriyasına uğurla təqdim edib.

Eltac: Universitetin təklif etdiyi proqram iqtisadi, siyasi və sosial fənləri əhatə edərək tələbələrin hərtərəfli inkişafına xidmət edir. Bu çoxşaxəli yanaşma sayəsində tələbələr yalnız öz ixtisas sahələrində dərin biliklər əldə etməklə kifayətlənmir, eyni zamanda müxtəlif sahələr üzrə geniş perspektivlər qazanırlar. Beləliklə, həm şəxsi, həm də peşəkar baxımdan balanslı və hərtərəfli bir təhsil almış olurlar.

Eltac Sadıqova qeyd edir ki, “milli kimlik” insanın özünü tanımasında əsas dayaqlardan biridir. Onun fikrincə, bu cür tədbirlər yalnız təqdimat xarakteri daşımır, eyni zamanda dəyərlərin paylaşılmasına xidmət edir.

Eltac: Magistr təhsilimi davam etdirdiyim bu müddət ərzində yalnız akademik biliklərlə kifayətlənmir, eyni zamanda müxtəlif mədəniyyətlər və ideologiyalar haqqında öyrənirəm. Bu dövr ərzində ölkəmizin zəngin mədəni irsini digər ölkələrdən olan xalqların nümayəndələrinə tanıtmaq imkanı da əldə edirik.

Müxtəlif ölkələrdən olan dostlarımızla apardığımız fikir mübadilələri və birgə həyata keçirdiyimiz tədbirlər zamanı onların mədəniyyətləri barədə dərin məlumatlar əldə edir, eyni zamanda Azərbaycan mədəniyyətini, adət-ənənələrimizi, musiqimizi və mətbəximizi onlara tanıtmaq fürsəti qazanırıq.

Eltac Sadıqovanın liderlik yolu təkcə şəxsi inkişaf hekayəsi deyil, o, Azərbaycanın müasir gənclərinin potensialını əks etdirən canlı nümunədir.

Biliklə silahlanmış gənclər Azərbaycanın sabahıdır. Eltac Sadıqova isə bu sabahın işığını bu günündən yandıran gənc liderlərdəndir. Biz, Ulusum ailəsi olaraq, Eltac Sadıqovanın timsalında bütün gənclərə gələcək həyatlarında böyük uğurlar arzulayırıq.

Daha ətraflı məlumat üçün hər birinizi Ulusum.az xəbər saytını izləməyə dəvət edirik.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 20:00
İlon Mask Pentaqonda – ABŞ ordusu süni intellekt və raket qalxanı planlarını açıqlayır
Texnologiya
Bu gün, 19:00
Telefonunuz dinlənilir? – Ekspertdən xəbərdarlıq
Maraqlı
Bu gün, 17:00
Melania Trump önəmli qanunu imzaladı - FOTO
Hadisə
Bu gün, 16:00
FHN: Mingəçevirdə evdə partlayış olub - VİDEO
İdman
Bu gün, 15:30
UEFA Avropa Liqasının qalibi müəyyənləşdi
Hadisə
Bu gün, 14:00
Zibilləri yandıran qadın 9 bağ evinə ziyan vurdu
Populyar Xəbərlər
Gənc Lider Eltac Sadıqovanın Beynəlxalq Arenadakı Uğur Yolu - VİDEO
Boksçularımız “Heydər Əliyev Kuboku-2025”də parlaq nəticələr göstərdi
Bakı Qlobal Dəb Səhnəsində – MBFW Azerbaijan İşıqları Yandırdı! - FOTO
GlobE Şəbəkəsinin Altıncı Plenar İclası
Azərbaycan muğamı Mərakeş səmasında səsləndi: FOTO - VİDEO
Tekirdağda Görməli Yerlər: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Unudulmaz Səyahət FOTO/VİDEO