14-05-2025, 09:30 0 Dünya

Rubio Rusiya-Ukrayna danışıqları üçün İstanbula gedir

Rubio Rusiya-Ukrayna danışıqları üçün İstanbula gedir
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı bəyan edib ki, ABŞ-ın dövlət katibi Marko Rubio Rusiya və Ukrayna arasında keçiriləcək danışıqların gözlənildiyi İstanbul şəhərinə səfər edəcək.

"Marko ora gedəcək, bizim digər nümayəndələrimiz də", – deyə Tramp Səudiyyə Ərəbistanında çıxışı zamanı bildirib.

Bundan əvvəl çərşənbə axşamı ABŞ mediası xəbər vermişdi ki, Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff da İstanbula səfər etməyi planlaşdırırlar. Bildirilirdi ki, onlar danışıqlarda iştirak etməyəcəklər, sadəcə prosesin gedişini izləyəcəklər.

Kelloq Tramp administrasiyasında Ukrayna və Avropa ölkələri ilə əlaqələrə cavabdeh şəxsdir. Uitkoff isə son aylarda Rusiya tərəfi ilə aktiv təmaslar qurub.

✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: