2-05-2025, 15:00 0 Dünya

Rusiya killerləri ovdadır? – Qordon həyatını təhlükə altında görür

Rusiya killerləri ovdadır? – Qordon həyatını təhlükə altında görür
Ukraynalı jurnalist Dmitri Qordon (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi siyahıya salınıb) fiziki məhv olunma təhlükəsi səbəbilə normal həyat tərzi sürə bilmədiyini bildirib. “Strana.ua” nəşrinin xəbərinə görə, o, Rusiya xüsusi xidmət orqanları tərəfindən Ukraynaya göndərilən “elitar killer qruplarının” bir neçə dəfə saxlanıldığını iddia edir.

Qordonun sözlərinə görə, o, mağazalara getmir, ictimai yerlərdə görünmür, evində yaşamır və ölkə daxilində daimi hərəkətdədir. Təhlükəsizlik məqsədilə nə özü avtomobil idarə edir, nə də bank kartlarından istifadə edir. O, hazırda dövlət mühafizəsi altındadır.

✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: